Icma.az
close
up
RU
İnterpolun prezidenti: COP29a hazırlıq ən yüksək səviyyədə təşkil edilib AZƏRTAC

İnterpolun prezidenti: COP29a hazırlıq ən yüksək səviyyədə təşkil edilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş prokuror Kamran Əliyev İnterpolun prezidenti Ahmed Naser Al-Raisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Kamran Əliyev ən böyük beynəlxalq qurumlardan biri olan və ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətli rol oynayan İnterpol ilə Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

İnterpolun prezidenti Ahmed Naser Al-Raisi ölkəmizdə prokurorluq orqanlarında həyata keçirilən islahatları müsbət dəyərləndirərək rəhbərlik etdiyi təşkilatla Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı-faydalı əlaqələrin inkişaf etdirilməsinin perspektivlərindən danışıb. O, Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu və COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb, COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatdığını bildirib.

Görüş zamanı Azərbaycanın Baş Prokurorluğu ilə İnterpol arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, cinayət törətdiklərinə görə axtarışda olan və xarici dövlətlərin ərazilərində gizlənən şəxslərin tutulması ilə əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı məsələlər də müzakirə olunub.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri