İntihar etdiyi deyilən türk aktrisadan xəbər var
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
İntihar xəbəri yayılan türkiyəli aktrisa Nilperi Şahinkayadan xəbər var.
Globalinfo.az bildirir ki, onunla bağlı meneceri Önem Günal danışıb.
“Nilperi 6 ay gecə-gündüz anasının qayğısına qaldı və çətin günlərdən keçdi. Onunla danışdım, həmin paylaşımı edəndə dostları da yanında idi. Amma dərman içərək intihara cəhd etməsi haqda yazılanlar yanlışdır”, – deyə o bildirib.
Qeyd edək ki, ötən həftə anası Meltem Vuralı itirən aktrisa onunla fotosunu paylaşaraq “Əzizlərim, anamsız yaşaya bilmərəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Məni bağışlayın” sözlərini yazmışdı. Daha sonra paylaşımı dərhal silmişdi.
Leyla Əlisoy
Globalinfo.az

İntihar etdiyi deyilən şəxs öldürülübmüş
16 Avqust 2025 16:58
Gəncədə döyülərək öldürüldüyü deyilən Elgün intihar edibmiş
17 May 2025 12:40
Türk reperin intihar iddialarına cavab
31 Avqust 2025 13:32
Sumqayıtda binadan yıxıldığı deyilən 17 yaşlı gənc intihar edibmiş
10 Mart 2025 11:23
“İntihar büdcəsi”
14 Yanvar 2025 13:53

