İntizam Komitəsi “Karvan Yevlax“ “Neftçi“ oyununda baş verənlərlə bağlı qərar qəbul etdi
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən "Karvan-Yevlax" - "Neftçi" oyununda baş verənlərlə bağlı qərar qəbul edib.
Moderator.az qurumun saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasında XVI turun "Karvan-Yevlax" - "Neftçi" oyunu (1:2) bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə ev sahibi komanda beş min manat cərimə edilib.
Həmçinin, "Karvan-Yevlax"ın beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
Görüşün 90+8-ci dəqiqəsində qonaqların azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə dördüncü dəfə təkrarlandığına görə "ağ-qaralar" dörd min manat cərimə olunub.
Eyni zamanda oyun bitdikdən sonra azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərərin "Neftçi" tərəfindən qarşılanmasına qərar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 27 Dekabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















