İntizam Komitəsinin Sədri: “Bu qərar bütün komandalara aiddir”
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Dekabrın 20-də AFFA İntizam Komitəsinin iclası baş tutdu.
Futbolpress.az xəbər verir ki, iclasda qəbul edilən qərarlardan biri də AFFA U-10 liqasında çıxış edən “Karvan” (Yevlax) klubunun yarışdan kənarlaşdırılması idi. Sözügedən qərarı təqdim edirik:
“15 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Karvan”(Yevlax) – “Laçın” İK oyunu “Karvan”(Yevlax) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Karvan”(Yevlax) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal üçüncü dəfə təkrarlandığına görə Karvan (Yevlax) komandası yarışlardan kənarlaşdırılır (maddə 63.1)”.
Bu qərar U-10 liqasında çıxış edən digər komandaların da taleyini sual altda saxlayır. Çünki, həmin liqada maliyyə durumu daha aşağı olan kollektivlər də var. Nəzərə alsaq ki, “Karvan” maliyyəsi nisbətən yaxşı komandalardan biri idi. Eyni hal yenə təkararlanarsa, yəni daha bir neçə komandada bu cür durumlar qeydə alınarsa, onları da eyni aqibət gözləyəcək? Bu gedişatın qarşısını almaq üçün hansısa tədbirlər görüləcəkmi?
Məsələylə bağlı ətraflı məlumat almaq üçün AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla danışdıq:
“Həm Əsasnamədə, həm də İntizam Məcəlləsində bununla bağlı qanun var. Əgər bir klub 3 oyunu buraxırsa, çempionatdan kənarlaşdırılmalıdır. Bu qərar bütün komandalara aiddir. Hər hansısa klub oyunlara gəlmirsə, demək ki, ya maliyyə problemi, ya da oyunçu çatışmazlığı var. Bunun qarşısını ala bilmərik”.
Mirkamal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Dekabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















