Icma.az
close
up
RU
InvestAZ dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftə ABŞ-da inflyasiyaya dair göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında, xüsusilə də, yapon yeni qarşısında ucuzlaşdı. Belə ki, USDJPY valyuta cütlüyü həftə ərzində 158.200 səviyyəsindən 154.970 səviyyəsinə qədər ucuzlaşıb. EURUSD cütlüyünün isə 1 sent bahalaşdığının şahidi oluruq. Dolların bir qədər zəifləməsi fonunda qızıl "güvənli liman" maliyyə aləti kimi dəyər qazandı və 2700$-ın üzərinə qalxaraq, 2724$ səviyyəsinə qədər bahalaşdı.

Cümə günü Bayden administrasiyası Rusiya neft istehsalçıları və tankerlərinə qarşı daha geniş sanksiyalar elan edib. Analitiklərin fikrincə, ABŞ-nın Rusiya neft istehsalçılarına və tankerlərinə tətbiq etdiyi sanksiyalara görə, tədarüklə bağlı narahatlıqlar və ABŞ-nın mümkün faiz dərəcəsinin aşağı salınması ilə tələbin bərpası proqnozları xam neft bazarını dəstəkləyəcək. Ötən həftə həmçinin, Dollar indeksi (DXY) 0.24% itirərək 109.08 bənd təşkil edib.

Bu gün investorlar ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini maraqla izləyəcəklər. Cari ticarət həftəsində isə cümə günü ABŞ-da dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Yaponiyada açıqlanacaq faiz qərarı investorların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftəyə 1.0240$ səviyyəsində start verən EURUSD məzənnəsi həftə ərzində 1.0178 səviyyəsinə qədər ucuzlaşsa da, buradan dəstək alaraq bir qədər bahalaşdı və həftəlik şamını 1.0275 səviyyəsində tamamladı.

Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi və Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə təsir göstərə bilər.

"Ayılar" qiyməti təzyiq altında saxalamağa davam edərsə, eniş tendensiyası davam edə bilər.

GBP

Keçən həftəyə 1.2204 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində ilk öncə 1.2098 səviyyəsinə kimi ucuzlaşdı, sonra isə 1.2306 səviyyəsini qədər bahalaşdı. Nəticədə cütlük həftəni 1.2165$ səviyyəsində tamamladı.

Bu həftə isə İngiltərədə dərc olunacaq İşsizlik Səviyyəsi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.

GBPUSD məzənnəsi "ayılar"-ın təsiri ilə yenidən 1.22$ həddinin altına düşüb. Əgər, qiymət həmin həddin altında qalarsa, eniş tendensiyası davam edə bilər.

XAUUSD

Major valyutaların kəskin ucuzlaşması fonunda, investorların "güvənli liman" olaraq sığındıqları qızıl ötən həftə 2724$-a kimi bahalaşdı. Daha sonra bu səviyyədə "ayılar"-ın müqaviməti ilə üzləşən dəyərli metal 2690$-a kimi ucuzlaşdı. Hazırda 2709$-dan təklif olunan qızılda "buğalar"-ın qarşısında duran əsas müqavimət həddləri kimi, 2715$, 2730$ və 2743$ səviyyələri çıxış edir.

OİL

Rusiyaya qarşı daha geniş sanksiyaların tətbiq olunması fonunda "Brent" markalı neftin bir barrel üçün qiyməti 80$ həddinin üzərinə qalmaqda davam edir. Ötən həftə 82.80$ səviyyəsinə qədər yüksələn OLİUK, cari həftəyə 81.40$ həddində başladı. Cari həftə ərzində "Brent" neftinin bahalaşması üçün qarşıda duran əsas müqavimət həddləri kimi, 81.75$, 82.80$ və 83.70$ səviyyələri çıxış edir.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İNVEST-AZ İnvestisiya Şirkəti" QSC-nin

Tədris və Analiz Departamenti

"İNVEST-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Yanvar 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri