Icma.az
close
up
RU
InvestAZ dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni ticarət həftəsi olduqca təlatümlü başlayıb. Amerika Birləşmiş Ştatlarıdan (ABŞ) Çin, Kanada və Meksikaya tətbiq olunan yeni gömrük rüsmları və sözügedən bu ölkələrin də ABŞ-a misilləmə siyasət tətbiq edəcəyi yönündəki açıqlamalar fonunda birjalar yeni həftəyə "gap" ilə başlayıb.

Belə ki, EURUSD, GBPUSD, USDCAD, AUDUSD məzənnələri müvafiq olaraq 1300 point, 1800 point, 2200 point və 1100 point ucuzlaşıblar. “Bitkoin” 7790 ABŞ dolları, eterium və rippl isə hər biri 10 % dəyər itirib. Qızıl ötən həftə 2 817 ABŞ dollarına kimi yüksələrək tarixi maksimumlarını yenilədəkdən sonra, 2 775 ABŞ dollarına kimi geriləyib.

Cari həftə ərzində bazarların gündəmində cümə axşamı günü İngiltərə Bankının (BoE) növbəti faiz qərarı, cümə günü isə Amerikada əmək bazarı, xüsusilə də NFP hesabatı olacaq.

BoE-nin isə uçot dərəcələrini 4,75 %-dən 4,5 %-ə endirəcəyi proqnozlaşdırılır.

Bu həftə ərzində, həmçinin, Amerikada, Avrozonada, Almaniyada, İngiltərədə və Yaponiyada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunacaq.

EUR

Ötən həftəni 1,0370 səviyyəsində başa vuran EURUSD məzənnəsi cari həftəyə 1,0235 səviyyəsində start verib və hazırda, 1,0223 səviyyələrində ticarət olunur.

Cari həftə ərzində Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, eləcə də, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.

"Ayılar" qiyməti 1,02 ABŞ dolları həddinin altına sala və burada qoruyub saxalaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

GBP

Keçən həftəni 1,24 ABŞ dolları həddində tamamlasa da, funt-sterlinq də cari həftəyə sərt enişlə başlayıb və hazırda 1,2260 hədlərində ticarət olunur.

Bu həftə isə İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarı, bank sədri Endryu Beylinin çıxışı və PMİ rəqəmləri funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

XAUUSD

Qızıl ötən həftə 2 817 ABŞ dollarına kimi yüksələrək tarixi maksimumlarını yenidəkdən sonra, 2 775 ABŞ dollarına kimi geriləyib.

Hazırda, 2 778 ABŞ dollarından təklif olunan "sarı metal", investorların Amerikanın yeni gömrük tariflərinin qlobal iqtisadi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən "güvənli liman" olaraq son sığınacaq ola bilər. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.

Kriptovalyutalar

Prezident Donald Trampın Kanada, Meksika və Çini uzun müddətdir təhdid edilən idxal tarifləri ilə vurmasından sonra kriptovalyutalar riskdən qorunma hissi fonunda ucuzlaşıb.

Bitkoinin qiyməti 91 233 ABŞ dollarına kimi düşüb. Hazırda, 93 888 ABŞ dollarından təklif olunan BTC-də eniş tendensiyası davam edərsə, qarşıda duran ən kritik dəstək həddi kimi, 90 000 ABŞ dolları səviyyəsi durur. Bu hədd qırılarsa, "ayılar" qiyməti 80 000 ABŞ dollarına kimi endirməyə çalışacaqlar.

20 ən böyük rəqəmsal aktivi bazar dəyərinə görə ölçən "CoinDesk 20" İndeksi 19 % ucuzlaşıb. “Eter” 10,07 % ucuzlaşaraq noyabr ayından bəri ən aşağı səviyyəyə enib.

XRP isə 10,40 % dəyər itirərək 2,6573 ABŞ dollarına qədər ucuzlaşıb. Bu, 9 dekabr 2024-cü ildən bəri ən böyük bir günlük azalmadır.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Qeyd edək ki, "İNVEST-AZ İnvestisiya Şirkəti" QSC-nin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri