Icma.az
close
up
RU
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən həftə Avrozonada, İngiltərədə, Amerikada açıqlanan statistik göstəricilər, xüsusilə də Amerikada dərc olunan “NFP” hesabatı sonrası dolları valyuta birjalarında aqressiv şəkildə bahalaşdı. Belə ki, dollar qarşısında EURUSD məzənnəsi 1 sent, GBPUSD məzənnəsi isə 2 sent ucuzlaşdı. Dollar istisna, digər major valyutaların kəskin ucuzlaşması fonunda, investorların “güvənli liman” olaraq sığındıqları qızıl isə 2690$-a kimi bahalaşdı.

Geridə qoyduğumuz həftənin son ticarət günü ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki ən böyük neft hasilatı və ixracatçısı olan “Qazprom Neft” və “Surqutneftegas” və onların törəmə şirkətlərini sanksiya siyahısına əlavə etməklə, Rusiyanın enerji gəlirlərini azaltmaq üzrə G7 öhdəliyini yerinə yetirmək üçün hərtərəfli addımlar atıb. Nəticədə, neft qiymətlərində kəskin bahalaşma yaşandı. “Brent” nefti 2024-cü ilin oktyabrından bəri ilk dəfə 80$ həddinin üzərinə yüksəldi.

Cari ticarət həftəsində isə çərşənbə günü Amerikada və İngiltərədə, cümə axşamı günü Almaniyada, cümə günü isə Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və cümə axşamı İngiltərədə dərc olunacaq ÜDM hehsabatı investorların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftəyə 1.03$ səviyyəsində start verən EURUSD məzənnəsi həftə ərzində 1.0440 səviyyəsinə qədər yüksəlsə də, burada “ayıların” ciddi müqaviməti ilə üzləşərək kəskin ucuzlaşdı və həftəlik şamını 1.0240 səviyyəsində tamamladı.

Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.

“Ayılar” qiyməti 1.02$ həddinin altına sala və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası 1€ = 1$ həddinə kimi davam edə bilər.

GBP

Keçən həftəyə 1.2420 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 2 sent ucuzlaşdı və həftəni 1.22$ səviyyəsində tamamladı.

Bu həftə isə İngiltərədə dərc olunacaq ÜDM hesabatı və CPİ göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.

GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.22$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

XAUUSD

Major valyutaların kəskin ucuzlaşması fonunda, investorların “güvənli liman” olaraq sığındıqları qızıl ötən həftə 2697$-a kimi bahalaşdı. Daha sonra bu səviyyədə “ayılar”ın müqaviməti ilə üzləşən “sarı metal” 2690$-a kimi ucuzlaşdı. Hazırda 2688$-dan təklif olunan qızılda “buğalar”-ın qarşısında duran əsas müqavimət həddləri kimi, 2700$, 2727$ və 2740$ hədləri çıxış edir.

OİL

İran, xüsusilə də, Rusiyaya əlavə sanksiyaların tətbiqi fonunda “Brent” nefti 2024-cü ilin oktyabr ayından bəri ilk dəfə 80$ həddinin üzərinə yüksəldi. Həftəlik şamını 79.96$ səviyyəsində tamamlayan OLİUK, cari həftəyə 81.54$ həddində başladı. Həftəyə “gap” ilə start verən “Brent” neftinin bahalaşması üçün qarşıda duran əsas müqavimət hədləri kimi, 81.80$, 82.90$ və 84.20$ hədləri çıxış edir.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Yanvar 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri