Icma.az
close
up
RU
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən həftə Amerikada həm İstehlak Qiymətləri İndeksinin, həm də İstehsal Qiymətləri İndeksinin proqnozların üzərində açıqlansa da, Amerika prezidenti Donalt Trampın Yaxın Şərqdə gərginliyin artmasına səbəb olan təhdidləri fonunda investorların dollara ola olan etimadı sarsıldı. ABŞ-ın növbəti münaqişənin iştirakçısı olma ehtimallarının yüksəlməsi dollar üzərində də təzyiqləri artırdı. Belə ki, Ötən həftəyə 1.02890 və 1.23700 hədlərinda start verən EURUSD, GBPUSD müvafiq olaraq 1.05140 və 1.25860 səviyyələrinə kimi bahalaşdılar. “Güvənli liman” maliyyə alətləri olan qızıl, İsveçrə frankı və Yapon yeni də dollar qarşısında gücləniblər. USDCHF və USDJPY məzənnələri geriləyərək ötən həftəni 152.320 yen və 0.89970 frank hədlərində baça vurublar. Qızıl ötən həftədə də ard-arda rekord yeniləməklə həftəyə damğasını vurdu. “Sarı metal” 2942.70$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədəkdən sonra, bir qədər gerilədi və həftəlik şamını 2885$ həddində tamamladı.

Bu həftə bütün bazar iştirakçıları Amerika prezidenti Donald Trampın həftənin çərşəmbə gününə planlaşdırılan çıxışına fokuslanıblar. “Mister Təhdid”-in bu dəfə kimlər və nə ilə təhdid edəcəyi bu həftənin əsas kilid nöqtəsidir.

Cari həftə ərzində Avstraliyadan, Yeni Zelandiyadan və Türkiyə Cümhuriyyətindən gələcək faiz qərarları, Böyük Britaniyada və Kanadada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPİ) və İstehsal Qiymətləri İndeksi (PPİ) göstəriciləri birjaların diqqət mərkəzində olacaq.

İnvestorlar çərşənbə axşamı çıxış edəcək İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin açıqlamalarında tənzimləyici qurumun monetar siyasətinin gələcəyinə dair ipucları axtaracaqlar.

Bu həftə ərzində, həmçinin, Avrozonada, Almaniyada, İngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi, Amerikada isə Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli isqtisadi göstəricilər və “FOMC”-un son toplantısının protokolları dərc olunacaq.

EUR

Ötən həftəni 1.04920 səviyyəsində başa vuran EURUSD məzənnəsi cari həftəyə enişlə start verdi və hazırda, 1.04858 səviyyələrində ticarət olunur.

Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq PMİ və ZEW Hesabatları avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.

“Buğalar” qiyməti 1.06$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası artım trendi ilə əvəzlənə bilər.

GBP

Keçən həftəni 1.26$ həddində tamalayan GBPUSD məzənnəsi hazırda 1.25900 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası hakim ola və 1.29$-a kimi davam edə bilər.

Bu həftə isə İngiltərədə dərc olunacaq əmək bazarı hesabatı, həmçinin, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi kimi iqtisadi-statistik rəqəmlər funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

XAUUSD

Qızıl ötən həftə 28942.70$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədikdən sonra, 2885$-a kimi geriləyib.

Hazırda, 2901$-dan təklif olunan “sarı metal”, investorların Amerika prezidentinin Yaxın Şərqi hədəf alan təhdidləri və ticarət tərəfdaşlarına yönəlmiş tarif siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənli liman” olaraq son sığınacaq rolu üstlənib. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Fevral 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri