Icma.az
close
up
RU
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ötən həftənin çərşənbə günü ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər fonunda dolları üzərində təzyiqlər artmaqda davam edib. Ağ Ev rəhbərinin yaxın qonşulara qarşı tariflərin artırılması fikrinin üzərində sərt şəkildə qalması qızıla “Güvənli liman” maliyyə aləti kimi tələbin artması ilə nəticlələnir. Keçən həftənin əvvəlində öz mövqelərini bir qədər bərpa edən dollar, ticarət həftəsinin ikinci yarısında major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşmağa başladı. EURUSD və GBPUSD valyuta cütlükləri ötən həftə müvafiq olaraq 1.04000 və 1.25620 səviyyələrinə qədər ucuzlaşdıqdan sonra, yüksəlməyə başladılar və bugün artıq 1.05280 və 1.26900 səviyyələrinə qədər bahalaşıblar. USDJPY cütlüyü eniş tendensiyasını davam etdirib. Məzənnə ötən həftəyə 152.380 həddində başlasa da, 148.840 həddinə qədər ucuzlaşıb.

Bu həftə investorların diqqət mərkəzində ABŞ-da çərşənbə axşamı günü “Conference Board” analitik şirkəti tərəfindən açıqlanacaq İstehlakçıların İnam İndeksi və cümə axşamı günü dərc olunacaq ÜDM göstəriciləri olacaq. Həmçinin, bazar ertəsi günü Avrozonada inflyasiyaya dair açıqlanacaq məlumatlar bazar iştirakçılarının marağına səbəb olacaq.

Cari həftə Türkiyə Cümhuriyyətində, Kanadada və İsveçrədə açıqlanacaq ÜDM göstəriciləri və Yaponiyada dərc olunacaq İstehlak Qiymətləri Baza İndeksi (CPI) və Sənaye Sektorunda İstehsal Həcmi birjaların diqqət mərkəzində olacaq.

Bu həftə ərzində, həmçinin, Avropa Mərkəzi Bankının (ECB) monetar siyasəti ilə bağlı toplantısının protokolları dərc olunacaq. Həmçinin, Almaniyada İstehlak Qiymətləri İndeksi (CPI), ÜDM, Almaniya Biznes Gözləntiləri İndeksi, Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi, "IFO" Biznes Mühiti İndeksi, "GFK" İstehlakçı İnamı İndeksi və İşsizlik Səviyyəsi kimi önəmli iqtisadi göstəricilər dərc olunacaq.

EUR

Ötən həftə ərzində 1.04000 səviyyəsinə qədər geriləyən EURUSD məzənnəsi həftənin sonuna doğru yüksəlməyə başladı və cari həftəyə artımla start verdi. Hazırda valyuta cütlüyü 1.0508 səviyyələrində ticarət olunur.

Cari həftə ərzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) və ÜDM göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.

GBP

Keçən həftəni 1.26$ həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.26670 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası hakim ola və 1.29$-a kimi davam edə bilər.

XAUUSD

Qızıl ötən həftə 2954$-a kimi yüksələrək tarixi maksimum səviyyəsini növbəti dəfə yenilədi. Lakin, dəyərli metal sonradan geriləyərək 2932$ səviyyəsində tamamladı.

Hazırda, 2940$ həddində ticarət olunan “sarı metal”, həm Yaxın Şərqdə vəziyyətin hələ də qeyri-sabit qalması, həm də Donald Trampın siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular fonunda “güvənli liman” maliyyə aləti kimi çıxış etməkdə davam edir. Bu qızılın gələcəkdə kəskin bahalaşmasına dəstək ola bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri