Icma.az
close
up
RU
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həm Trampın tarif siyasəti, həm də Amerikada proqnozların altında açıqlanan İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi göstəriciləri ötən həftə ərzində də dolları təzyiq altında saxlamağa davam etdi. Xüsusilə də, Amerikada artan resessiya ehtimalları ABŞ dollarının major valyutalar qarşısında dəyər itirməsində təsirli oldu.

ABŞ prezidenti Donald Tramp Avropanın Amerika viskisinə tətbiq etdiyi 50%-lik rüsumlara cavab olaraq Avropa İttifaqından alkoqol məhsullarına 200% rüsum tətbiq edəcəyinə söz verib. Həmçinin, Rusiya-Ukrayna müharibəsində hələ ki, sona gəlinmədiyinə dair artan narahatlıqlar, Amerikanın Yəmənə hücumları nəticəsində Qırmızı dənişdə yenidən alovlanan müharibə qorxuları dolların ucuzlaşması tendensiyasını daha uzunmüddətli edə bilər.
EURUSD və GBPUSD məzənnələri ötən həftəni müvafiq olaraq 1.08800, 1.29400 hədlərində tamamladılar. Hər iki məzənnə cari həftəyə də artımla başlayıblar. Artan geosiyasi risklər, Rusiya - Ukrayna cəbhəsində və Yaxın Şərqdə yenidən alovlanan hərbi qarşıdurmalar, gərginləşən qlobal ticarət münasibətləri, həmçinin Amerika iqtisadiyyatında getdikcə güclənən resessiya ehtimalları “Güvənli liman” olan qızıla tələbin kəskin artmasına səbəb olub. Qiymətli metal ötən həftə 3005$-a qədər dəyər qazanıb və yeni tarixi rekord həddi müəyyən edib. Hazırda 2983$-dan təklif olunan qızılın qiyməti 2900$-ın üzərində qaldığı müddətdə artım tendensiyası hələ uzun müddət davam edə bilər.

Cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerika Federal Ehtiyyatlar Sisteminin, İngiltərə Bankının (BoE), Yaponiya Bankının (BoJ) və İsveçrə Mərkəzi Bankının (SNB) faiz qərarları olacaq.

Həftənin iqtisadi təqvimində yer alan digər xəbərlər isə Avrozonada və Kanadada İstehlak Qiymətləri İndeksi, Amerikada Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, İngiltərədə əmək bazarı hesabatı, Yeni Zelandiyada ÜDM hesabatı, eləcə də FED, AMB, BoE, BoJ və Kanada Mərkəzi Bank sədrlərinin çıxışları dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.

EUR

Ötən həftə ərzində 1.08800 səviyyəsində tamamlayan EURUSD məzənnəsi cari həftəyə cüzi itkilərlə start verdi. Hazırda valyuta cütlüyü 1.08660 səviyyələrində ticarət olunur.

Cari həftə ərzində Avrozonada dərc olunacaq CPİ hesabatı və AMB sədri Kristi Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.

GBP

Keçən həftəni 1.29400 həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.29300 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.30$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası daha kəskin xarakter ala bilər.

Bu həftə açıqlanacaq İngiltərə Bankının faiz qərarı və Böyük Britaniyada dərc olunacaq əmək bazarı hesabartı funtun qiymətlərinə ciddi təsri edə bilər.

XAUUSD

Artan qlobal iqtisadi və geosiyasi risklər, Amerika iqtisadiyyatında güclənən resessiya qorxuları fonunda investorların “son ümid yeri” olan qızıl ötən həftə sürətlə bahalaşıb 3005$ həddini test edərək bütün dövrlərin maksimum həddini müəyyən etdi. Analitik şirkətlərin ehtimallarına əsasən mövcud şərait davam edərsə, “sarı metal” 3500$ - 3700$-a kimi bahalaşa bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see225

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see162

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see141

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see133

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

20 Sentyabr 2025 22:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri