Icma.az
close
up
RU
InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftə Amerikada inflyasiyaya dair məlumatların proqnozların altında dərc olunması və prezident Donald Trampın tarif siyasətinin beynəlxalq münasibətləri gərginləşdirməyə davam etməsi fonunda dolların major valyutalar qarşısında ucuzlaşması tendensiyası davam edib. Belə ki, EURUSD valyuta cütlüyü həftə ərzində 1.09600 səviyyəsindən dəstək alaraq bahalaşıb və bugün səhər 1.14730 səviyyəsinə qədər artım göstərib. Bu, 2022-ci ilin fevral ayından bəri ən yüksək həddir. USDJPY cütlüyü eyni dövr ərzində 2024-ci ilin oktyabr ayından bu yana, ilk dəfə 142.060 səviyyəsinə qədər ucuzlaşıb. EURGBP cütlüyü isə 2009-cu ilin iyun ayından bəri, ən yüksək səviyyəyə, 0.87380 həddinə qədər qalxıb.

Dolların ucuzlaşması investorların “güvənli liman” maliyyə aləti olaraq qızıla olan marağını artırıb və dəyərli metal tarixində ilk dəfə 3245$ səviyyəsinə qədər bahalaşıb. “Brent” markalı neftin qiyməti isə 64$ həddinin üzərində möhkəmlənməyə çalışır. Hazırda “qara qızıl” beynəlxalq birjalarda 64.10$-a ticarət olunur. “Bitcoin”-in qiyməti isə ötən həftə 74500$ səviyyəsinə kimi ucuzlaşıb.

ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumatlara əsasən, mart ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.4% artıb. Qiymət artımı fevral ayında dərc olunan 2.8%-lik göstəriciyə nisbətən zəifləyib. Aylıq ifadədə CPI indeksi fevral ayı ilə müqayisədə mart ayında 0.1% azalıb. Bu, 2024-cü ilin iyun ayından bəri, göstəricidə müşahidə olunan ilk azalmadır. Ölkədə baza inflyasiya indeksi (Core CPI) mart ayında fevral ilə müqayisədə 0.1%, illik ifadədə isə 2.8% artıb.

Cari həftə ərzində isə Avropa Mərkəzi Bankının faiz qərarı, ECB və FED sədrləri Kristin Laqard ilə Cerom Pavelin çıxışları, eləcə də, Avrozonada və İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksinə (CPİ) dair göstəricilər dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.

Bu həftə eləcə də, Kanada və Türkiyə mərkəzi banklarının faiz qərarları, həmçinin Kanada və Yeni Zelandiyada açıqlanacaq CPİ hesabatları investorların diqqət mərkəzində saxlayacaqları əsas xəbərlər arasında yer alırlar.

Qeyd edək ki, dünya birjalarında "Müqəddəs Cümə Günü" (Pasxa bayramından öncəki cümə) ilə əlaqədar olaraq cümə günü volatilliyin kəskin azalacağı ehtimal olunur.

EUR İnvestorların Amerikanın xarici ticarət siyasətində yaşanan dəyişikliklər, ABŞ prezidenti Donald Trampın avropa mallarına tətbiq etdiyi son gömrük tariflərinin gələcək təsirlərini qiymətləndirmələri səbəbilə dolların dünya birjalarında kəskin ucuzlaşması fonunda EURUSD məzənnəsi bahalaşaraq 1.14730 hədlərinə yüksəldi. Hazırda 1.13700 səviyyəsində ticarət olunan EURUSD məzənnəsində “buğalar” qiyməti 1.13$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

Qeyd etmək lazımdır ki, bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı və Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.

GBP

Ötən həftə 1.3144$ həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, həftəni 1.30790 səviyyəsində tamamladı. Hazırda 1.31100 səviyyəsində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.31$ həddinin üzərində qoruyub saxlaya bilsələr, funt-sterlinqdə artım tendensiyası daha kəskin xarakter ala bilər. Bu həftə İngiltərədə açıqlanacaq inflyasiya və əmək bazarı hesabatları funtun qiymətlərinə ciddi təsri edə bilər.

XAUUSD

Tariflərin qlobal iqtisadiyyata təsiri ilə bağlı artan narahatlıqlar fonunda investorlar təhlükəsiz sığınacaqlara axın etdikcə qızılın qiyməti bir unsiya üçün 3245$-a yüksələrək bütün dövlərin rekord həddinə çatdı. Hazırda, 30232.70$-dan ticarət olunan qiymətli metalda “buğalar” qiyməti 3250$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası 3350$ - 3400$-a kimi, davam edə bilər. Analitik şirkətlərin ehtimallarına əsasən, mövcud iqtisadi və geosiyasi şərait davam edərsə, “sarı metal” 3500$ - 3700$-a kimi bahalaşa bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Aprel 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri