Icma.az
close
up
RU
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən həftənin sonu Müqəddəs Cümə günü ilə əlaqədar olaraq beynəlxalq birjalarda volatillik aşağı oldu, əmtəə və fond birjaları isə ticarətə bağlı idi. Cari həftə isə dolların major valyutalar qarşısında ucuzlaşması ilə başladı. EUR/USD valyuta cütlüyü 1.13860 səviyyəsindən 1.15340 səviyyəsinə qədər artım sərgiləyib. Bu, 2021-ci ilin noyabr ayından bəri ən yüksək göstəricidir. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.32690 həddindən 1.33950 həddinə qədər bahalaşıb, USDJPY cütlüyü isə 142.100 səviyyəsindən 140.620 səviyyəsinə qədər ucuzlaşıb. Eyni zamanda, dollar indeksi (ABŞ-ın altı əsas ticarət tərəfdaşı ölkəsinin valyutalarına qarşı dolların məzənnəsi) 1.11% zəifləyərək 98.28 bəndədək enib və 5 aprel 2022-ci il tarixindən bəri ən aşağı səviyyəyə çatıb.

Bazar iştirakçıları cümə günü ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hasset tərəfindən verilən bəyanata diqqət yetiriblər. Həmin bəyanatda bildirilib ki, prezident Donald Tramp və onun komandası ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauellin vəzifədən uzaqlaşdırılması imkanını araşdırmaqda davam edir. Tramp daha əvvəl Pauellin əsas faiz dərəcəsini "artıq çoxdan" endirməli olduğunu və onun vəzifəsini tərk etməli olduğunu bildirib. FED rəhbəri isə daha əvvəl Çikaqo İqtisadiyyat Klubunda keçirilən tədbirdə çıxışı zamanı bildirmişdi ki, Tramp administrasiyası tərəfindən tətbiq olunan tariflər gözləniləndən daha yüksək olub və bunun nəticəsində ölkədə inflyasiyanın artması və iqtisadi artımın zəifləməsi baş verə bilər.

Qızıl tarixi rekor həddini yeniləyib. Dəyərli metal bugün səhər saatlarında 3387$-a qədər bahalaşıb. Neftin qiyməti isə ABŞ və İran arasında aparılan danışıqlarda əldə olunan irəliləyişlər fonunda bir qədər ucuzlaşıb. “Brent” markalı neftin bir bareli ötən həftə 67.40$-a ticarət olunurdu, lakin, hazırda artıq 66.20$ səviyyəsində qərarlaşıb. İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü bildirib ki, Tehran və Vaşinqton İranın nüvə proqramı üzrə ekspert səviyyəsində təmasların aparılması barədə razılığa gəliblər.

Ötən həftə Avropa Mərkəzi Bankı faiz dərəcəsini, proqnoz olunduğu kimi, 2.65%-dən 2.40%-ə qədər endirdi, Avrozonada inflyasiya isə illik ifadədə 2.3%-dən 2.2%-ə qədər gerilədi. Həmçinin, ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi mart ayında 0.5% artıb.

Cari həftə ABŞ-da dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Sənaye Sktorunda Biznes Aktivliyi İndeksi və Yeni Məznil Satışlarının Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Böyük Britaniyada və Kanadada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri, eləcə də, Almaniyada və Avrozonada dərc olunacaq Biznes Aktivliyi İndeksləri bazar iştirakçılarının marağına səbəb olacaq.

EUR

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük tariflərinin təsiri dollar avro qarşısında təzyiq altında saxlamaqda davam edir. Ötən həftəni “Müqəddəs Cümə” günü ilə əlaqədar üfüqi tendensiyada bitirən valyuta cütlüyü, cari həftənin artımla başlayıb.

Bugün səhər saatlarında 1.13860 səviyyəsindən bahalaşmağa başlayan məzənnə 1.15340 səviyyəsinə qədər yüksəlib. Əgər “buğalar” qiyməti 1.15$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

Qeyd etmək lazımdır ki, cari həftə dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Ticarət Saldosu göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.

GBP

Ötən həftənin sonu 1.32990 həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, cari həftəni 1.32690 səviyyəsində başlayıb və 1.33970 həddinə qədər bahalaşıb. “Buğalar”-ın qiyməti 1.335$ həddinin üzərində qoruyub saxlayacağı təqdirdə, funt-sterlinqdə artım tendensiyası daha kəskin xarakter ala bilər.

Bu həftə İngiltərədə açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və pərakəndə satışların həcmi göstəriciləri funtun qiymətlərinə ciddi təsri edə bilər.

XAUUSD

Beynəlxalq birjalarda ticarət müharibəsi ilə bağlı artan narahatlıqlar fonunda investorların “güvənli liman” maliyyə aktivi olan qızıla marağı daha da artıb. Dəyərli metalın qiyməti bir unsiya üçün 3387$-a qədər yüksələrək bütün dövlərin rekord həddini yenilədi.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Aprel 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri