Icma.az
close
up
RU
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən həftənin sonu Amerika və İngiltərə arasında ticarət razılaşmasının imzalanması, eləcə də, Amerika - Çin ticarət müzakirələrində müsbət irəliləyişlərin əldə olunması fonunda dolların dünya birjalarında möhkəmlənmə prosesi davam edib. Dollar İndeksi (DXY) 100.23 bənd həddindən 100.86 bənd həddinə kimi yüksəldi.

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kayr Starmer iki ölkə arasında ticarət sazişinin əldə olunduğunu elan ediblər. Bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.

Saziş çərçivəsində Böyük Britaniya ABŞ mallarının gömrükdən keçidini sürətləndirəcək və kənd təsərrüfatı, enerji və sənaye məhsulları üçün ticarət maneələrini azaldacaq. ABŞ-dan mal-qara və digər ərzaq məhsullarının ixracı genişlənəcək.

Həmçinin, ABŞ Maliyyə Naziri Skot Bessent bazar günü bildirib ki, ABŞ və Çin arasında ticarət danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunub.

İki ölkə arasında davam edən ticarət savaşını aradan qaldırmaq məqsədi daşıyan danışıqlar Cenevrədə keçirilib. Danışıqlarda Bessent və Çin Baş nazirinin müavini He Lifengin başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Bessent, irəliləyişlə bağlı daha ətraflı məlumatın bazar ertəsi veriləcəyini söyləyib.

Danışıqlarda iştirak edən ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir, iki ölkə arasındakı fikir ayrılıqlarının əvvəllər güman edildiyi kimi, əhəmiyyətli olmadığını bildirib.

Nəticədə, EURUSD və GBPUSD cütlükləri müvafiq olaraq, 1.11840 və 1.32550 hədlərinə qədər gerilədi. USDJPY və USDCHF cütlükləri isə ötən həftəni 145.360 və 0.83120 səviyyələrində başa vurdu.

Bu həftə investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlər Amerikada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi, İngiltərədə və Avrozonada dərc olunacaq ÜDM hesabatlarıdır.

Cari həftə ərzində həmçinin, Avrozonada və Almanaiyada “ZEW”, İngiltərədə əmək bazarı, Yaponiyada ÜDM hesabatları, Amerikada Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi göstəriciləri dünya birjalarında qiymət tendensiyalarına ciddi təsir edə bilər.

Eləcə də, FED sədri Cerom Pauelin və “Bank of England”-in sədri Endryu Beylinin çıxışları bu həftənin iqtisadi xəbər təqvimində yer alırlar.

EUR

EURUSD məzənnəsi ötən həftəni artımla tamamlasa da, ticarət savaşlarının səngiməsi və danışıqlarda müsbət qeyd edilən müsbət məqamların təsiri ilə yeni həftəyə sıçrayışla başladı və 1.11840 həddinə kimi ucuzlaşdı.

Hazırda 1.12290 hədlərində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.13000 həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

Qeyd etmək lazımdır ki, cari həftə Avriozonada və Almaniyada dərc olunacaq ÜDM və “ZEW” hesabatları, Almaniyada dərc olunacaq inflyasiya göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.

GBP

Ötən həftənin sonu 1.33060 həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü də yeni həftəyə “gap” ilə 1.32550 həddindən başladı. Hazırda 1.32870 səviyyəsində ticarət olunan məzənnədə 1.33000 həddinin altında qalsa, eniş tendensiyası daha da dərinləşə bilər.

XAUUSD

Qızıl ötən həftə 3434$-a kimi bahalaşsa da həftənin son ticarət günü yenidən ucuzlaşdı 3327$ həddinə kimi ucuzlaşdı. Hazırda 3281$-dan təklif olunan “sarı metal”ın qiyməti 3200$ həddini altına düşsə, eniş tendensiyası daha kəskin xarakter ala bilər. Mümkün eniş ssenarisində qarşıda duran əsas psixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 May 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see187

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see155

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see153

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see147

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri