Icma.az
close
up
RU
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən həftə “Moody's”-in ABŞ-ın reytinqini aşağı salması, həmçinin, ABŞ-da büdcə kəsrinin rekord səviyyədə artması xəbərləri fonunda  beynəlxalq birjalarda dollar major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşdı. EURUSD məzənnəsi 1.13750, GBPUSD məzənnəsi 1.35390 hədlərinə kimi bahalaşdı. USDCHF cütlüyü 0.82050, USDJPY cütlüyü isə 142.410 hədlərinə kimi ucuzlaşdı.

Dolların ucuzlaşması qızıla “güvənli liman” maliyyə aləti kimi, tələbin artması ilə nəticələndi. Qiymətli metalın dəyəri 3366$-a qədər yüksəldi.

Xatırladaq ki, ötən həftənin çərşənbə günü beynəlxalq reytinq agentliyi “Moody's Ratings” ABŞ-ın uzunmüddətli kredit reytinqini "Aaa" səviyyəsindən "Aa1"-ə endirib. Bu qərar, dövlət borcunun və büdcə kəsirinin artması ilə bağlı narahatlıqlar fonunda verilib.

Beləliklə, “Moody's”, reytinq agentliklərinin "böyük üçlüyü" arasında ABŞ-ı ən yüksək reytinqdən məhrum edən sonuncu agentlik oldu. Daha əvvəl bu addımı “S&P Global Ratings” və “Fitch Ratings” atmışdılar.

Bununla yanaşı Amerika prezidenti Donald Trampın vergi güzəştləri ilə bağlı qərarının ABŞ-da büdcə kəsrini daha da artıracağına dair narahatlıqlar dollar üzərində təzyiqləri bir qədər də gücləndirdi.

Hətta, ABŞ-da proqnozların üzərində açıqlanan Biznes Aktivliyi İndeksi göstəriciləri də dollara dəstək ola bilmədi.

Həftə ərzində xəbər təqvimində yer alan ən əsas məqam Federal Ehtiyyatlar Sisteminin, Avropa Mərkəzi Bankının, İngiltərə Bankının sədrlərinin çıxışlarıdır. Baş Bankirlərin monetar siyasətlə bağlı səsləndirəcəkləri fikirlər, bu həftə bazarların əsas katalizatoru ola bilər.

Bu həftə Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ), Amerikada dərc olunacaq ÜDM, Şəxsi Xərclər İndeksi, Şəxsi Xərclər Qiymət İndeksi (PCE, PCE Price Index)  hesabatları, Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin son toplantısının yayımlanacaq protokolları investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdir.

Cari həftə ərzində həmçinin, Yeni Zelandiya Federal Ehtiyyatlar Sisteminin faiz qərarı, Kanadada və Türkiyədə dərc olunacaq ÜDM hesabatları, Yaponiyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər dünya birjalarında qiymət tendensiyalarına ciddi təsir edə bilər.

EUR

Ötən həftəni 1.13640 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftəyə də artımla başlayıb.

Hazırda 1.14100 hədlərində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.15000 həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Mümkün eniş ssenarisində isə əsas dəstək həddi kimi, 1.13000 səviyyəsi çıxış edir.

Qeyd etmək lazımdır ki, cari həftə Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın açıqlamaları avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.

GBP

Ötən həftəni 1.35370 səviyyəsində tamamlayan GBPUSD valyuta cütlüyü də yeni həftənin əvvəlində bahalaşmaqda davam edir. Hazırda 1.35800 səviyyəsində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.35000 həddinin üzərində qoruyub saxlaya bilsələ, artım tendensiyası davamlılıq qazana bilər.

Bu həftə cümə axşamı günü İngiltərə Bankının sədri Endryu Beylinin çıxışı funt-sterlinqin dünya bazarlarındakı qiymətlərində ciddi dalğalanmalara səbəb ola bilər.

XAUUSD

Qızıl ötən həftə 3205$-a kimi ucuzlaşsa da, buradan dəstək alaraq yenidən 3367$ həddinə kimi bahalaşdı və həftəni 3358$-da başa vurdu. Hazırda 3346$-dan təklif olunan “sarı metal”ın qiyməti 3300$ həddinin üzərində möhkəmlənərsə, artım trendi davam edə bilər. Mümkün eniş ssenarisində isə qarşıda duran əsas psixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri