Icma.az
close
up
RU
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyun ayının sonu və iyulun ilk həftəsi dünya iqtisadiyyatı üçün olduqca kritik və həssas bir dövr kimi yadda qaldı. Bazarlar üzrə gözlənti istiqamətlərini dəyişdirməyə vadar edən çoxsaylı siyasi, iqtisadi və geopolitik siqnallar, investor davranışlarına birbaşa təsir etdi.

ECB-nin Sintra Forumu: Monetar Siyasətin Yol Xəritəsi

30 iyun - 2 iyul tarixlərində Avropa Mərkəzi Bankının (ECB) Sintra şəhərində keçirdiyi illik forum həftənin iqtisadi baxımdan mərkəzində dayandı. “Dəyişikliyə Uyğunlaşma: Makroiqtisadi Dəyişikliklər və Monetar Siyasət Reaksiyala” mövzusunda keçirilən forumda qlobal inflyasiya, faiz siyasəti və geopolitik risklər ətraflı şəkildə müzakirə olundu.

Kristin Laqard (ECB) forumun açılışında ABŞ, Böyük Britaniya, Yaponiya və Cənubi Koreya mərkəzi bank rəhbərləri ilə inflyasiya sıxıntıları və siyasi qeyri-müəyyənlikləri müzakirə etdi.

Cerom Pauell (FED) "data-driven" siyasət yanaşmasını qoruyacağını vurğuladı. Trampın monetar siyasətə təsiri fonunda FED-in mütəhəriz yanaşmasını əsaslandırdı.

Endryu Beyli (BoE) bankların real sektor və maliyyə bazarları ilə koordinasiyasını gücləndirməyin vacibliyini qeyd etdi.

ABŞ Ticarət Gərginliyi: Tarif Təhdidi

ABŞ prezidenti Donald Tramp, Avropa Birliyi, Yaponiya və bir neçə digər ticarət tərəfdaşına yeni tarif tətbiqlərinin 1 avqust 2025-də başlayacağını açıqladı. Bu addım beynəlxalq ticarət sistemində narahatlıq yaradaraq Avropa bazarlarında dalğalanmaların artmasına səbəb oldu. Investorlar ehtiyat rejiminə keçdi.

ABŞ-da Güclü Məşgulluq Rəqəmləri

2025-ci ilin iyun ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda 147 min yeni iş yeri yaradıldı. Bu göstərici faiz endirimi gözləntilərini azaldaraq dolların güclənməsinə təkan verdi. “S&P500” indeksi yüksəlməyə davam etdikcə, “Nasdaq” yeni rekordlarla yadda qaldı. Eyni zamanda, 10 illik Xəzinə istiqrazlarının gəlirləri yüksəldi.

NATO Sammiti: Müdafiə Xərclərində Rekord Artım

24–25 iyun tarixlərində NATO Sammitində üzv dövlətlərə müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsinə qaldırmaq tələbi irəli sürüldü. Bu, Avropada müdafiə və aerokosmika sektoruna investisiya axını yaratdı. “STXE 600 Defence & Aerospace” indeksi ilin ilk yarısında 54% artış göstərdi.

“OPEC+” Neft Bazarının Tənzimləməsinə Davam Edir

“OPEC+” avqust ayında hasilatı gündəlik 548 min barel artıracağını açıqladı. Bu açıqlama “Brent” və “WTI” qiymətlərində 1–2% azalma yaratdı. Eyni zamanda, İran ətrafında yaranan gərginlik və Hörmüz boğazının potensial qapalı olması riskləri qiymətlərdə qısamüddətli sıçrayışlara səbəb olsa da, bu risk “OPEC+”in müdaxiləsi ilə səngidi.

Ötən həftəyə 1.17260 və 1.37200 səviyyələrində start verən EURUSD və GBPUSD valyuta cütlükləri müvafiq olaraq 1.18300 və 1.37880 səviyyələrinə qədər bahalaşdılar. Lakin, həftənin sonuna doğru dollara tələbin artması fonunda ucuzlaşaraq ötən həftəni müvafiq olaraq 1.17730 və 1.36420 səviyyələrində başa vurdular.

“Güvənli liman” maliyyə aləti kimi qızıl artan geosiyasi risklər fonunda 3365.65$-a kimi bahalaşsa da, həftəni 3333.80$ səviyyədə tamamladı. Hazırda 33308$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.

Cari həftə ərzində bütün bazar iştirakçılarının diqqət mərkəzindəki əsas məqam Amerika Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının dərc olunacaq protokollarıdır.

Həmçinin, İngiltərədə yayımlanacaq əmək bazarı hesabatı, Sənaye İstehsalnın Həcmi, Ticarət Saldosu göstəriciləri, Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və Amerikada dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı kimi önəmli iqtisadi statistik rəqəmlər birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər.

Bu həftə Avstraliya və Yeni Zelandiya mərkəzi banklarının faiz qərarları və Türkiyədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin həcmi investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdəndir.

EUR

Ötən həftəni 1.17730 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftənin əvvəlində üfüqi tendensiya sərgiləyir.

Hazırda 1.17680 həddində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.17000 həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada açıqlanacaq CPİ göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.


GBP
Ötən həftəni 1.36420 səviyyəsində tamamlayan GBPUSD valyuta cütlüyü yeni həftəyə də itkilərlə başlayıb. Hazırda 1.36280 səviyyəsində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.36$ həddinin altına sala və burada saxlaya bilsələr, məzənnədəki korreksiya daha da dərinləşə bilər.

Bu həftənin İngiltərədə dərc olunacaq həm ÜDM hesabatı, həm də Sənaye İstehsalının Həcmi, Ticarət Saldosu kimi göstəricilər funt-sterlinqin dünya bazarlarındakı qiymətinə ciddi təsir edə bilər.

XAUUSD

Ötən həftəni 3333.80$ həddində başa vuran dəyərli metal yeni həftəyə də enişlə başlayıb və 3306$-a kimi ucuzlaşdı. Hazırda 3311$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altındaq qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 İyul 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see177

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see135

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see129

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri