Icma.az
close
up
RU
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Icma.az, Apa.az saytına istinadən bildirir.

11–15 avqust 2025-ci il tarixləri arasında dünya iqtisadiyyatı və maliyyə bazarlarında əhəmiyyətli hadisələr baş verdi. Bu dövrdə ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) və İstehsal Qiymətləri İndeksi (PPI) açıqlanmış, Avropa ölkələrində və Yaponiyada Ümumi Daxili Məhsul (ÜDM) göstəriciləri dərc edilmişdir. Eyni zamanda, ötən həftənin cümə günü ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alaska hərbi bazasında baş tutan görüş qlobal maliyyə bazarlarında ciddi diqqət mərkəzinə çevrilmişdir.

ABŞ İqtisadi Göstəriciləri: CPI və PPI

12 avqust 2025-ci il tarixində ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) göstəricisi açıqlanıb. İllik inflyasiya 2.7% səviyyəsində qeydə alınıb ki, bu, əvvəlki 2.8% ilə müqayisədə yüngül azalma deməkdir. Aylıq müqayisədə isə CPI 0.1% azalıb. Aşağı inflyasiya göstəricisi bazarlarda Federal Ehtiyyatlar Sisteminin (FEED) faiz siyasətinə dair mülayim gözləntiləri gücləndirib.

Ötən həftə açıqlanan İstehsal Qiymətləri İndeksi (PPI) göstəricisi isə istehsal qiymətlərində əvvəlki ayla müqayisədə 0.9% artım olduğunu göstərib. Bu göstərici inflyasiyanın istehsal mərhələsində də sabitləşmənin olmadığı göstərir və istehlak bazarına təzyiqin yüksək olduğu fasktını ortaya qoyur.

Avrozona, İngiltərə və Yaponiya: ÜDM Göstəriciləri

Avrozona:
Avrozonada ÜDM göstəricisi 2-ci rübdə illik 1.4% artıb ki, bu, əvvəlki 1.5%-lik artım göstəricisindən azdır. Xüsusilə Almaniya və İtaliya iqtisadiyyatında yavaşlama müşahidə olunub.

İngiltərə:
İngiltərənin ÜDM-si 2-ci rübdə illik 1.2% artaraq, gözləntilərə yaxın nəticə göstərib (ötən ay 1.3%). Bank of England faiz siyasətində dəyişiklik etməyə hazır görünür, lakin iqtisadi yavaşlamanı nəzərə alaraq ehtiyatlı qalır.

Yaponiya:
Yaponiya 2-ci rübdə ÜDM artımını 1.0% səviyyəsində açıqlayıb (ötən ay 0.6%). Bu, ölkənin uzunmüddətli iqtisadi bərpa strategiyalarına uyğun olaraq mülayim artım tempini göstərir.

Maliyyə bazarına təsiri: Avro və funt sterlinq nisbətən sabit qalaraq qlobal bazarlarda risk iştahını qoruyub. Yaponiya yenində kiçik zəifləmə müşahidə olunub, bu isə əsasən xarici investorların diqqətini ABŞ və Avro zona iqtisadiyyatına yönəltməsi ilə izah olunur.

Geosiyasi Hadisələr: Tramp-Putin Görüşü

15 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alaska hərbi bazasında görüşüb. Görüşün əsas gündəliyi Ukrayna məsələsi və nüvə razılaşması imkanları olub. Rəsmi açıqlamalarda iki liderin dialoqun konstruktiv olduğu, lakin konkret nəticələr barədə razılıq əldə olunmadığı vurğulanıb.

Maliyyə bazarına təsiri: Görüş xəbərləri qlobal investorlar tərəfindən diqqətlə izlənib. Xüsusilə enerji və silah sektoru qiymətlərində volatil hərəkətlər müşahidə olunub. Brent nefti qiymətləri görüş günü ucuzlaşaraq 67.30$-da 65.90$-a yüksəlib. Bununla yanaşı, Avropa səhmləri və qlobal indekslərdə qısa müddətli ticarət dalğalanmaları baş verib.

11–15 avqust 2025-ci il tarixləri dünya maliyyə bazaları üçün həssas bir dövr olub. ABŞ-da inflyasiya göstəricilərinin aşağı olması, Avrozona və İngiltərədə ÜDM-in sabitləşməsi, Yaponiya iqtisadiyyatındakı mülayim artım investorlar üçün əsas göstərici olub. Tramp-Putin görüşü isə qlobal risk iştahına qısa müddətli təsir göstərərək enerji və müdafiə sektorunda qiymət dalğalanmalarına səbəb olub.

Ümumilikdə, qlobal maliyyə bazarları geosiyasi hadisələrə həssas qalmaqla yanaşı, iqtisadi göstəricilər əsasında uzunmüddətli trendi qoruyur. Növbəti həftələrdə ABŞ-da istehlak və istehsal qiymətləri, Avropada makroiqtisadi göstəricilər və enerji qiymətləri bazarların istiqamətini müəyyən edəcək əsas faktorlar olaraq qalacaq.

Yeni həftə ərzində maliyyə bazarlarında diqqətlər əsasən Amerikada hər il baş tutan “Jackson Hole” Simpoziumu, Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitesinin son toplantısının dərc olunacaq protokolları, ABŞ-da, Almaniyada, Avrozonada, İngiltərədə açıqlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi və Filadelfiya FED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəricilərinə yönələcək.

Həftənin çərşənbə günü Avrozonada və İngiltərədə, cümə günü isə Yaponiyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi rəqəmləri də həftənin ən önəmli xəbərlərindəndir.

Həftə ərzində həmçinin, Yeni Zellandiya Federal Ehtiyyatlar Sisteminin faiz qərarı, Kanadada yayımlanacaq CPİ, İngiltərədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Almaniyada dərc olunacaq ÜDM hesabatı kimi önəmli iqtisadi göstəricilər investorlar tərəfindən maraqla izləniləcək.

Cümə günü FED sədri Cerom Pavelin çıxışı da dlların dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

EUR

Ötən həftəni 1.17000 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftəyə də artımla başlayıb.

Hazırda 1.17050 həddində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.17000 həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada və Avrozonada açıqlanacaq makroiqtisadi göstəricilər avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.

GBP

Ötən həftəni 1.35550 həddində tamamlayan GBPUSD məzənnəsi yeni həftənin əvvəlində də bahalaşır.

Bu həftə İngiltərədəXidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi kimi iqtisadi göstəricilər funt-sterlinqin dünya birjalarında qiymətlərinə yön verə bilər.

XAUUSD

İnvüstorlarının risk iştahının artması fonunda qızıl ötən həftəni enişlə tamamladı. Ötən həftəni 3336$ səviyyəsində başa vuran sarı metalın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə, eniş tendensiyası artım tendensiyası davam edə bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

___________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see163

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see152

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see135

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see133

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri