Icma.az
close
up
RU
İnvestiya etmək üçün 8 biznes ideyası

İnvestiya etmək üçün 8 biznes ideyası

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Öz işini qurmaq istəyən, amma hansı sahədə fəaliyyət göstərəcəyinə qərar verə bilməyənlər üçün investisiya qoyulacaq və yüksək gəlirli işlər çoxdur. Lakin uğurlu ideya tapmaq, büdcənə uyğun iş qurmaq asan məsələ deyil.

Bəs arzu və ideyalarımızı necə həyata keçirə bilərik?

Ölkə.az Valyuta.az-a istinadən bəzi gəlirli iş sahələrini təqdim edir:

Evdə baxım xidmətləri

Yaşlı əhalinin artması və xəstəxana xidmətlərinin baha olması səbəbindən, evdə baxım xidmətlərinə tələb artır. Bu sahə illər ərzində daha da güclənəcək. Bu sahənin alt sahələri isə qocalar evləri və fiziki terapiya mərkəzləridir. Tibblə bağlı olmayan evdə baxım xidmətlərinin 2027-ci ilə qədər 50 faizdən çox artması gözlənilir.

Mobil tətbiq dizaynı

Smartfonlar artıq həyatımızda mövcuddur. Lakin iPad-nin ortaya çıxması və Android telefonların satışlarının artması ilə, veb əsaslı mobil tətbiq bazarı inanılmaz sürətlə böyüməyə başlayıb. Mobil tətbiq bazarı gəlirli iş sahəsi ola bilər.

Çay və sağlıqlı içkilər

Çay və sağlıqlı içki sektorları da qazanc gətirən sahələrdəndir. Çay dünyanın ən çox istehlak edilən içki növlərindən biridir. İnsanlar sağlam yaşam tərzinə daha çox diqqət ayırmağa başladıqca, daha təbii içəcək və çaylara olan tələbat da artıb.

Əyləncə, oyunlar və hobbilər

Bugünlərdə hobbi məhsulları, musiqi alətləri və əl işləri məhsullarının satışı sürətlə artır. Oyun və əyləncə bazarı illik orta hesabla 9 faiz artım göstərir. İnsanlar bacarıqlarını inkişaf etdirmək və öz hobbilərini yaratmaq istəyirlər. Oyun və əyləncə sahəsində öz işini qurmaq istəyənlər üçün bir çox gəlirli imkanlar mövcuddur.

Repetitorluq və özəl dərslər

Ailələr həmişə uşaqlarının yaxşı nəticələr əldə etməsini istəyir və bunun üçün maliyyə xərcləməkdən çəkinmirlər. Lakin unutmayın ki, bu sahə olduqca rəqabətlidir. Düzgün istiqamət seçilərsə, bu sahə çox gəlirli ola bilər. Xüsusi dərslər, dil və musiqi dərsləri illik ortalama 7 faiz böyümə göstərir.

Şirniyyat mağazaları  

Şirniyyat mağazaları, çörəkçilərin satışları artır. Kiçik qruplara, yerli təchizatçılara, mövsümi materiallara və yaradıcılığa sərmayə qoyaraq dadlı məhsullar hazırlaya bilərsiniz. Eyni zamanda, diabet xəstələrinə xas şirniyyatlar hazırlayan mağaza da açmaq mümkündür.

Onlayn olaraq əl işləri satmaq

Bu sektor fiziki olmayan satıcılardan ibarətdir. Yalnız onlayn satış həyata keçirirlər və xüsusilə əl işi zərgərlik və vintaj geyimlər sahəsində irəliləyişlər mövcuddur. Az sərmayə ilə qazanc əldə etmək istəyənlər üçün ideal seçim ola bilər.

Təmiz su satışı

Təmiz və davamlı su ehtiyatları müasir həyat üçün çox vacibdir. Bu səbəbdən bu sahə, iqtisadiyyatda baş verən dalğalanmalardan az təsirlənir. Burda müstəqil şirkətlər üçün gözəl və gəlirli imkanlar mövcuddur. İnsanlar keyfiyyətli suya çatmaq üçün müxtəlif həll yolları axtarır, bu sahədə siz də həll təklif edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:330
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri