İnvestorlar Tramp Putin görüşünə fokuslanıblar Neft sürətlə ucuzlaşır
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün səhər saatlarında Londonun “ICE Futures” birjasında oktyabr fyuçersli Brent markalı neft 0,39 dollar (0,59%) ucuzlaşaraq bir barel üçün 66,2 dollar olub.
Yeniavaz.com xəbər verir ki, eyni saatlarda Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabr fyuçersli WTI markalı neft 0,5 dollar (0,78%) ucuzlaşaraq bir barel üçün 63,38 dollara enib.
Qeyd edək ki, ötən həftə ərzində Brent 4,4%, WTI isə 5,1% ucuzlaşıb.
Ekspertlər bildirir ki, beynəlxalq bazarların diqqəti ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirilməsi planlaşdırılan görüşünə yönəlib.
Bildirilir ki, bazarın ilkin reaksiyası, o cümlədən neft qiymətlərindəki eniş, investorların danışıqlardan irəliləyiş gözlədiyini göstərir. Əgər danışıqlardan müsbət nəticə əldə olunmasa, xam neftin qiymətində yenidən yüksəliş baş verə bilər.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bitcoin sürətlə ucuzlaşır İnvestorlar bazardan qaçır
04 İyun 2026 10:10
Xaosdan yorulan investorlar neft bazarından çıxırlar
13 İyun 2026 17:03
Neft sürətlə ucuzlaşır KONKRET
07 Aprel 2025 13:22
Dünya bazarında neft sürətlə ucuzlaşır
20 İyun 2025 10:31
Razılaşmadan sonra neft sürətlə ucuzlaşır
17 Aprel 2026 09:19
Baxış sayı:133
Bu xəbər 11 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















