İnyesta futbol klubu aldı
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
İspaniya millisinin və “Barselona” klubunun sabiq futbolçusu Andres İnyestanın “Never Say Never” (NSN) şirkəti Danimarkanın “Helsinger” klubunu alıb.
“Ölkə.az” xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə yerli “Sport TV2”yə açıqlamasında bildirib.
O, klubu inkişaf etdirməyə və təkmilləşdirməyə çalışacağını söyləyib.
2005-ci ildə yaranan “Helsinger” klubu ev oyunlarını 4000-dən çox tamaşaçı tutumu olan “Helsinger” stadionunda keçirir. Hazırda ölkənin üçüncü divizionunda mübarizə aparan komanda 2017/2018 mövsümündə Danimarka Superliqasında çıxış edib.
Qeyd edək ki, son olaraq Birləşmiş Ərəb Əmirliklərində “Emireyts”in formasını geyinən İnyesta ötən ay karyerasını başa vurub.(qafqazinfo)
Baxış sayı:123
Bu xəbər 14 Noyabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















