Icma.az
close
up
RU
İordaniya Azərbaycan vasitəsilə dərmanlarını bazara çıxarmağa hazırdır

İordaniya Azərbaycan vasitəsilə dərmanlarını bazara çıxarmağa hazırdır

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və İordaniya əczaçılıq sahəsində birgə müəssisənin yaradılması imkanlarını müzakirə edir.

"Cebheinfo.az" xəbər verir ki, bunu İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Əl-Quda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən dördüncü iclasında bildirib.

"İordaniya əczaçılıq sahəsinin inkişafına görə ərəb ölkələri arasında birinci yeri tutur. Digər tərəfdən, Azərbaycan da öz əczaçılıq sənayesini inkişaf etdirməyə çalışır. Bu istiqamətdə tərəfdaşlıq üçün böyük potensial görürük.

İkitərəfli danışıqlar zamanı müzakirə etdiyimiz kimi, əməkdaşlıq tam hazır olmayan əczaçılıq məhsullarının tədarükü və Azərbaycan tərəfi ilə birgə müəssisənin yaradılması ilə başlaya bilər. İstehsalın son mərhələsi Azərbaycanda həyata keçiriləcək, bundan sonra məhsulların təkcə yerli bazara deyil, həm də regional bazarlara çıxarılması mümkün olacaq", - nazir vurğulayıb.

Y.Əl-Quda hesab edir ki, belə əməkdaşlıq formatı qısa müddətdə müəyyən nəticələr əldə etməyə imkan verəcək və digər sektorlarda da əlaqələrin inkişafına təkan verəcək.

Öz növbəsində, Azərbaycanın maliyyə naziri Sahil Babayev Azərbaycanın ölkədə əczaçılıq sənayesinin yaradılmasında maraqlı olduğunu təsdiqləyib.

"Bugünkü görüş hamımız üçün çox faydalı olacaq və qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin yaradılması mümkünlüyünü qiymətləndirmək üçün hər iki tərəfin bu gün və sabah müzakirələri davam etdirməsini təklif edirəm. Hesab edirəm ki, bu cür imkanlar mövcuddur və onları müəyyən etməliyik. İordaniya əczaçılıq sahəsində çox güclüdür. Ölkənin ixrac etdiyi əczaçılıq məhsullarının ümumi dəyəri 1 milyard dolları ötür. Biz Azərbaycanda əczaçılıq sənayesinin yaradılmasında maraqlıyıq", - nazir bildirib.

S.Babayev qeyd edib ki, Azərbaycan əczaçılıq sahəsində bir neçə ölkə ilə fəal əməkdaşlıq edir və sənaye parkı ərazisində çox əlverişli rejim yaradılıb, bu sahənin inkişafı üçün kifayət qədər cəlbedici stimullar təqdim edilir.

"Digər istiqamət isə kənd təsərrüfatıdır. Müəyyən ölkələrdən İordaniya və Azərbaycana bəzi məhsulların idxal göstəriciləri həmin məhsulların İordaniya və Azərbaycandan bu ölkələrə ixrac həcmlərindən xeyli yüksəkdir. Yəni, ixracatçılarımızın əməkdaşlıq quraraq mövcud potensialı reallaşdıra biləcəyi platforma yaratmaq mümkündür", - hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri