Icma.az
close
up
RU
İordaniyanın Al əl Beyt Universitetində Azərbaycanla bağlı tədbir keçirilib

İordaniyanın Al əl Beyt Universitetində Azərbaycanla bağlı tədbir keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 25 may, AZƏRTAC

İordaniyanın Al əl-Beyt Universitetində “Azərbaycan Mədəniyyəti Günü” və “Azərbaycana pəncərə” adlı elmi simpozium təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyinin və Al əl-Beyt Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil ocağının akademik və müəllim heyəti, tələbələr, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, eləcə də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İordaniya ilə Azərbaycan arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı anlaşma və yaxınlaşma körpülərinin möhkəmləndirilməsi, həmçinin Azərbaycan xalqının zəngin tarixi və mədəni irsinin tanıdılması məqsədilə təşkil olunmuş tədbirin ilk hissəsində Naxçıvan Dövlət Universitetinin rəqs kollektivi tərəfindən milli rəqslər nümayiş olunub, ölkəmizin mədəniyyəti və turizm potensialı ilə bağlı təqdimat xarakterli videoçarxlar iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra Al əl-Beyt Universitetinin rektoru Usamə Nasir, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Bəni Ubeyd Bələdiyyəsinin sədri Camal Əbu Ubeyd, habelə universitetin İncəsənət və humanitar elmlər fakültəsinin dekanı Səid Əbu Xader çıxış ediblər. Çıxışlar zamanı iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri, xüsusilə də mədəni əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib, bu əlaqələrin daha da inkişafının vacibliyi qeyd olunub və bu məqsədlə birgə səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Çıxışların ardınca “Azərbaycana pəncərə” adlı elmi simpozium keçirilib. Simpoziumda iordaniyalı tədqiqatçılar və ölkəmizin Krallıqdakı səfirliyinin əməkdaşı tərəfindən “Azərbaycan ədəbi mətnlərinin Avropaya köçü: şair Mirzə Şəfi Vazehin yaradıcılığı”, “Azərbaycan mədəniyyəti və onun müxtəlifliyi”, “İordaniya-Azərbaycan siyasi və iqtisadi əlaqələri”, “Azərbaycanda İslamın yayılması və Ərəb xilafətinin mövcudluğu”, “Azərbaycan şairlərinin İslam sivilizasiyasının zənginləşməsindəki rolu” və “Azərbaycan Respublikasının coğrafi mövqeyi və insan resursları” mövzuları üzrə mühazirələr oxunub.

Simpoziumun sonunda məruzəçilərə Al əl-Beyt Universitetinin rektoru, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri və Naxçıvan Dövlət Universitetinin rektoru tərəfindən təşəkkürnamələr təqdim edilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri