İordaniyanın Əqəbə limanında ammonyak sızıb
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İordaniyanın Əqəbə limanında yerləşən sənaye kompleksinin müəssisələrindən birində ammonyak sızması qeydə alınıb və hadisə nəticəsində fəhlələr xəsarət alıblar.
Moderator.az xəbər verir ki, bunu yerli administrasiyanın ətraf mühit və ictimai təhlükəsizlik üzrə komissarı Nidal əl-Avran "Al-Mamlaka" telekanalına açıqlamasında deyib. Komissarın sözlərinə görə, ən azı 11 nəfər yüngül və orta dərəcəli boğulma halları ilə üzləşib.
"Onlardan bir neçəsi elə sənaye kompleksinin öz klinikasında tibbi yardım alır, digərləri isə şəhər xəstəxanalarına təxliyə ediliblər", - deyə açıqlamada qeyd olunub.
Mütəxəssis qeyd edib ki, hadisə sıradan çıxmış təzyiq cihazında aparılan təmir bərpa işləri zamanı baş verib. Əvvəlcədən həmin cihazda toplanmış ammonyak qazı kiçikhəcmli sızmaya səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Sentyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















