Icma.az
close
up
RU
“İpək Yolundan Stavernə” Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub

“İpək Yolundan Stavernə” Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Stokholm, 23 iyun, Nərgiz Cəfərli, АZƏRTAC

Norveçin Nerdrum Muzeyində keçirilən “İpək Yolundan Stavernə” adlı Azərbaycan Mədəniyyəti Günləri, “Earth and East” Festivalı çərçivəsində böyük izdihamla reallaşıb.

AZƏRTAC xəbər verir ki, hər gün 700-dən artıq qonağın iştirak etdiyi tədbir Azərbaycan ilə Norveç arasında mədəni körpülərin qurulmasına xidmət edib.

Festivalın dörd əsas təşkilatçısı – Nerdrum Muzeyi, Sjoparken, Thor Heyerdahl İnstitutu və Norveçdə fəaliyyət göstərən CAN –Təşkilatı olub.

Tədbiri rəsmi olaraq Nerdrum Muzeyinin icraçı direktoru Martin Romberg açaraq festivalın Azərbaycan mədəniyyətini Norveç auditoriyasına tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra məşhur norveçli rəssam Odd Nerdrumun qızı Aftur Nerdrum və CAN təşkilatının rəhbəri Şervin Nəcəfpur milli geyimlər, mədəni irs və ortaq dəyərlər mövzusunda qonaqlara Azərbaycan mədəniyyətinin zənginliyi haqqında geniş məlumat veriblər.

Tədbirin diqqətçəkən hissəsi Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın Qarabağ xalçalarından ibarət şəxsi kolleksiyası olub. Bu xalçalar öz rəngləri, naxışları və simvolizmi ilə qonaqlara qədim İpək Yolunun mədəni zənginliyini hiss etdirib.

Xüsusilə “Ata vəsiyyəti – oğulun zəfəri” adlı xalça tamaşaçılarda böyük təəssürat yaradıb. İpək və yundan ikitərəfli toxunmuş, 2 il 4 ay müddətində ərsəyə gətirilən bu sənət əsərinin bir tərəfində Ümummilli Lider Heydər Əliyevin gələcəyə verdiyi vəsiyyət, digər tərəfində isə Prezident İlham Əliyevin həmin vəsiyyəti yerinə yetirməklə əldə etdiyi zəfər təsvir olunub.

Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, dosent Gülzadə Abdulovanın və Alaca milli geyim brendinin təqdim etdiyi milli geyim kolleksiyası böyük maraqla qarşılanıb. Bu geyimlər tanınmış jurnalist Nigar İbrahimovanın təqdimatında Norveçli modellər tərəfindən nümayiş etdirilib.

Tədbirdə Qarabağ, İrəvan xanlığı və Cənubi Azərbaycana aid olan milli geyimlər də nümayiş olunub.

Festivalın musiqili hissəsi Azərbaycan-norveçli müğənni və bəstəkar Marie Sahba və onun triosunun çıxışı ilə tamamlanıb. Sənətkar ilk dəfə bu heyətlə səhnəyə çıxaraq, “A Billion Years Too Soon” adlı proqramını təqdim edib.

Tədbirə Qazaxıstanın Norveçdəki səfirliyinin nümayəndələri də qatılıblar. Bu, Türk dünyası ölkələri arasında mədəni həmrəyliyin və birliyin bariz göstəricisi olub.

Qonaqlara “AzGranata” brendinin keyfiyyətli Azərbaycan şərabları (“NorAs Wine Import” vasitəsilə təqdim olunub) və “Naturella” tərəfindən hazırlanmış orqanik smuzilər təqdim olunub.

CAN təşkilatının rəhbəri Şervin Nəcəfpur tədbir barədə bunları qeyd edib: “Mənim üçün bu festival sadəcə bir tədbir deyil, bir arzu və vizyonun gerçəkləşməsi idi. İllərdir ki, Şərqlə Qərb arasında bənzərlikləri göstərmək, ortaq bəşəri dəyərləri mədəniyyət, sənət və geyim vasitəsilə paylaşmaq mənim əsas missiyam olub.

Bu dəfə ilk dəfə olaraq, Azərbaycanın tarix əsasında ərsəyə gələn milli geyimləri Norveçdə bir muzeyin divarları arasında təqdim olunub. Bu, təkcə moda nümayişi deyil, tarixin, yaddaşın və kimliyin sükutla danışdığı bir an idi.

Qarabağ xalçalarımız və bu nadir irs nümunələri qısa zamanda o qədər dərin maraq oyatdı ki, Norveçdə bir neçə muzey bizimlə əməkdaşlıq etmək arzularını bildirdilər. Bu, Azərbaycan mədəniyyətinə olan sevginin və hörmətin göstəricisidir.

Keçirilən festival sadəcə mədəniyyətin təqdimatı deyil – bu, dostluğun, dialoqun və ortaq yaddaşın dirçəldilməsidir. Bu yalnız bir başlanğıcdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri