iPhone 17 nin əldən ilk görüntüsü internetə sızdı FOTO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
iPhone 17-nin ilk görüntüsü internetə sızıb.
Milli.Az xəbər verir ki, 29 iyulda "Skyfops" ləqəbli bloqer sosial şəbəkədə bir kişinin əlindəki iki smartfonun fotosunu yayıb.
İddialara görə onlardan biri yeni iPhone 17 Pro-dur. Qurğunun kamerası əvvəlkilərdən fərqlənir. Belə ki, bu dəfə fləş və lidar obyektivlərdən ayrı yerləşdirilib.
MacRumors yazır ki, bu görüntü ABŞ-da çəkilib və oradakı model doğrudan da yeni iPhone ola bilər.
Tanınmış texnoloji jurnalist Mark Qurman da görüntünün inandırıcı olduğunu bildirib. Skyfops isə sonradan əlavə edib ki, həmin şəxsin yanında olan mühafizəçi telefonu ətrafdakılardan gizlətməyə çalışıb.
Appleinsider yazır ki, Apple artıq iPhone 17 prototiplərini laboratoriyadan kənarda, real şəraitdə sınaqdan keçirməyə başlayıb. Yeni iPhone-ların sentyabrda təqdim ediləcəyi gözlənilir.
İsmayıl
Milli.Az
Baxış sayı:63
Bu xəbər 29 İyul 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















