Icma.az
close
up
RU
iPhone 18 Pro mavi, Pro Max isə tünd albalı olacaq

iPhone 18 Pro mavi, Pro Max isə tünd albalı olacaq

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Apple” şirkətinin növbəti təqdimatına bir neçə gün qalmış “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinə aid olduğu iddia edilən video yayılıb.

Modern.az xəbər verir ki, görüntülərdə “iPhone 18 Pro Max” modelinin “Dark Cherry”, “iPhone 18 Pro” modelinin isə mavi rəngli demo nümunələri görünür. Şirkətin tədbirdə bu modellərlə yanaşı ilk qatlana bilən “iPhone” modelini də təqdim edəcəyi gözlənilir.

Son sızmada “iPhone 18 Pro” seriyası üçün “Dark Cherry”, “Black” və “Sky Blue” rəng seçimləri göstərilib. “Dark Cherry” rəngi “Burgundy” adı ilə də tanınır. Onun bu il seriyanın əsas rəngi olacağı gözlənilir. Yeni rənglərin, xüsusilə tünd albalı çalarının cihazların görünüşündə ən nəzərəçarpan yeniliklərdən biri olacağı bildirilir.

“iPhone 18 Pro” modellərinin dizaynında “iPhone 17 Pro” seriyası ilə müqayisədə böyük dəyişiklik gözlənilmir. İddialara görə, əsas fərq yeni rənglərlə məhdudlaşacaq. Arxa hissədə dəyişən diafraqmalı yeni əsas kameranın yerləşəcəyi də gözlənilir. Bu sistem çəkiliş şəraitindən asılı olaraq obyektivə daxil olan işığın miqdarını tənzimləyə bilir.

Hər 2 smartfonun “A20 Pro” prosessoru və yeni modemlə gələcəyi gözlənilir. İddialara görə, modellərin batareyası əvvəlki nəsillə müqayisədə bir qədər böyük olacaq. “Apple” bu məlumatları hələ təsdiqləməyib. Cihazların yekun texniki imkanları yaxınlaşan təqdimat tədbirində açıqlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2026 06:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri