Icma.az
close
up
RU
İpoteka faizlərinin azalması gözlənilmir Akif Nəsirli

İpoteka faizlərinin azalması gözlənilmir Akif Nəsirli

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda İpoteka ilə ev almaq istəyənlərin qarşılaşdığı bir neçə problemlər var.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı ekspert Akif Nəsirli ipoteka ilə ev almaq istəyənlərin qarşılaşdığı əsas problemlərin maliyyə, hüquq və texniki problemlər olduğunu bildirib:

İpoteka ilə ev almaq istəyənlərin qarşılaşdığı əsas problemlər bir neçə qrupa bölünür: maliyyə, hüquqi və texniki problemlər.

Maliyyə problemləri ilə bağlı ilkin ödənişin yüksək olduğunu qeyd edə bilərəm. Azərbaycanda bir çox ipoteka proqramlarında ilkin ödəniş adətən evin qiymətinin 15–30%-i olur. Bu məbləği toplamaq bəzən illər çəkir. Dövlət ipotekası nisbətən sərfəlidir- 4–8% -dir, amma kommersiya ipotekalarında faizlər daha yüksəkdir. Gəlirin təsdiqi ilə əlaqədar banklar rəsmi və sabit gəlir tələb edir. Qeyri-rəsmi işləyənlər və ya gəliri kağız üzərində az göstərilənlər çətinlik çəkir. Maksimum kredit məbləği limiti bəzi ipoteka proqramlarında məbləğ bazardakı ev qiymətlərinə uyğun gəlmir. Bazarda qiymətlər yüksək, ipoteka təklifkərinin məbləği isə azdır”.

Ekspert tələb olunan texniki pasportun köhnə olması və ya sənədlərin tam olmaması problemini vurğulayıb:

 “Sənəd uyğunsuzluğu – evdə kupça (çıxarış-red) olmaması, ipoteka üçün tələb olunan texniki pasportun köhnə olması və ya sənədlərin tam olmaması problemləri yayqındır. Eyni zamanda tikinti icazəsi və istismar aktı problemi ilə bağlı xüsusilə yeni binalarda “tam təhvil” verilmədən satılan mənzillər ipotekaya uyğun olmur. Həmçinin ipoteka şərtlərinə uyğun gəlməyən evlər – məsələn, qeyri-yaşayış təyinatlı obyektin mənzil kimi satılması problemlərini qeyd edə bilərəm.”

İqtisadçı ekspert texniki və prosedur problemlərinə diqqət çəkərək qeyd edib ki, ipoteka sənədləşməsi bəzən həftələrlə, hətta aylarla çəkir:

“İpoteka ilə ev almaq istəyən insanların qarşılaşdığı texniki və prosedur problemləri var. Bu isə uzun və mürəkkəb prosesdir. Ona görə də ipoteka sənədləşməsi bəzən həftələrlə, hətta aylarla çəkir.  

İpoteka şərtlərində qiymətləndirmə dəyərinin aşağı çıxmasına çox təsadüf edilir – bankın təyin etdiyi qiymətləndirici evin dəyərini bazardan aşağı göstərdikdə kredit məbləği də azalır, alıcı əlavə vəsait tapmalı olur Bundan başqa sığorta və əlavə xərclər meydana çıxır bu da mənzil sığortası, həyat sığortası, qiymətləndirmə rüsumu, notarius və reyestr ödənişləri ipoteka alıcısının yükünü artırır.

Akif Nəsirlinin sözlərinə görə ən çox rast gəlinən maneə sənəd problemi – rəsmi gəlirin bankın tələbinə uyğun olmamasıdır:

“Ən çox rast gəlinən maneə isə sənəd problemi – rəsmi gəlirin bankın tələbinə uyğun olmamasıdır.

İpoteka faizlərinin azalması gözlənilmir, çünki kredit bazarında faiz dərəcələri son altı ayda bahalaşmaqda davam edir”.

Günel Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Avqust 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri