Icma.az
close
up
RU
İpoteka götürmək istəyənlərə şad xəbər AÇIQLAMA

İpoteka götürmək istəyənlərə şad xəbər AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər sosial şəbəkələrdə Azərbaycanda yaş həddinin artırıldığı və artıq 70 yaşdan yuxarı şəxslərə, hətta 73 yaşa qədər vətəndaşlara da kredit verildiyi ilə bağlı məlumatlar yayılıb. Müzakirələr xüsusilə pensiyaçılar üçün kredit şərtləri və bankların yaş məhdudiyyətləri ətrafında aparılır. Bəs bu iddiaların reallıq payı nə qədərdir? Azərbaycanda 70 yaşdan yuxarı şəxslərə hansı hallarda kredit verilməsi mümkündür və banklar bu zaman hansı meyarları əsas götürür?
Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə kreditlərin 73 yaşa qədər verilməsi ilə bağlı praktika mövcuddur:
“Bəzi banklarda bu yaş həddinə qədər kredit verilməsi tətbiq olunur və bəzi hallarda zaminlik və ya həyat sığortası tələbi qoyulmur. Bunun əsas səbəbi odur ki, vətəndaş pensiyasını həmin bank vasitəsilə alır və aylıq ödənişlər birbaşa pensiya kartından tutulur. Ümumilikdə, kreditin pensiya aldığı bank tərəfindən verilməsi normal praktikadır. Lakin ekspert kimi qeyd etmək lazımdır ki, bu cür hallarda əlavə təminat mexanizmlərinin olması daha məqsədəuyğun olardı. Məsələn, ya həyat sığortası, ya da ən azı bir zamin tələb edilməsi risklərin azaldılması baxımından vacibdir. Çünki orta ömür müddətini nəzərə alsaq, 70-75 yaşdan yuxarı şəxslərdə risklər daha yüksəkdir. Təbii ki, burada məqsəd heç kimin ölüm riskini öncədən qəbul etməsi deyil, lakin maliyyə baxımından risklərin idarə olunması zəruridir. Kiçik məbləğdə həyat sığortası və ya əlavə təminat mexanizmi kreditlərin daha təhlükəsiz şəkildə verilməsinə şərait yarada bilər. Bu yanaşma həm bankların risklərini azaldar, həm də kreditlərin davamlı və sabit şəkildə verilməsinə imkan yaradar”.
O deyib ki, bu model banklar üçün əlavə gəlir mənbəyi kimi də qiymətləndirilə bilər:
“Digər tərəfdən, bu kreditlərdən istifadə edən şəxslər də dolayısı ilə öz ailə üzvlərinə və yaxınlarına müəyyən maliyyə dəstəyi təmin etmiş olurlar. Əgər bu model istehlak kreditləri üzrə özünü doğruldarsa və effektiv nəticə göstərərsə, onun digər kredit seqmentlərinə də tətbiqi mümkündür. Məsələn, ipoteka kreditləri üzrə yaş həddinin artırılması da müzakirə oluna bilər. Hazırda ipoteka kreditləri adətən 65 yaşa qədər nəzərdə tutulur. Lakin sığorta mexanizmi tətbiq edilməklə bu yaş həddini 75 yaşa qədər artırmaq mümkündür. Kredit müddətinin uzadılması isə aylıq ödənişlərin azalmasına səbəb ola bilər və bu da borcalanlar üçün daha əlçatan şərtlər yaradar. Bundan əlavə, kredit məbləğinin artırılması da mümkündür. Məsələn, 150 min manatlıq limitin 200 min manata qədər yüksəldilməsi daha geniş maliyyə imkanları yarada bilər. Ümumilikdə, bu yanaşma pilot layihə kimi tətbiq edilə bilər. Əgər nəticələr müsbət olarsa, daha sonra digər kredit növlərinə də şamil edilə bilər və maliyyə sektorunda daha çevik və əlçatan kredit siyasətinin formalaşmasına şərait yarada bilər”. 
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyun 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri