İpoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR Bu ərazidə...
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşların mənzil təminatını yaxşılaşdırmaq məqsədilə yeni tender elan edib.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə "Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2" adlı müsabiqə elan olunub.
Tenderin şərtlərinə əsasən, satın alınacaq mənzillər Prezidentin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə təsdiq edilən qaydalara uyğun olaraq vətəndaşlara kirayə əsasında satmaq öhdəliyi ilə təqdim olunacaq. Layihə Sumqayıt şəhərinin yaşayış massivlərini əhatə edir.
Ehtimal olunan qiyməti 200,4 milyon manat olan müsabiqə üzrə təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20 min kvadratmetrdən az olmamalıdır.
Bu tender vasitəsilə yüzlərlə ailənin daha əlçatan şərtlərlə mənzil sahibi olacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 16 Sentyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















