Icma.az
close
up
RU
İpoteka kreditlərində yeni təhlükə: Dəllallar bazarı ələ alıblar...

İpoteka kreditlərində yeni təhlükə: Dəllallar bazarı ələ alıblar...

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2242 ipoteka krediti verilib.

İKZF-nin məlumatına görə, o cümlədən 156,1 milyon manat məbləğində 1418 adi ipoteka krediti və 70,2 milyon manat məbləğində 824 güzəştli ipoteka krediti verilib.

Ölkəmizdə ipoteka kreditlərinə maraq və tələb hansı səviyyədədir? İpoteka kreditinin əlçatanlığı üçün dəyişikliklərə ehtiyac varmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov bildirib ki, son illərdə Azərbaycanda ipoteka bazarı ciddi islahat yolu keçib. Onun sözlərinə görə, belə ki, əgər 10 il bundan öncə ölkədə ipoteka kreditlərinin ümumi portfeli 1 milyard manat səviyyəsində olmuşdusa, hazırda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun və kommersiya banklarının ümumi ipoteka kredit portfelinin həcmi 4,5 milyard manata yaxındır: “Bir sözlə, son 10 ildə ölkədə ipoteka portfelinin ümumi həcmi təxminən 4 dəfədən çox artıb. Bu artımın əsas drayveri dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun bazara çıxardığı ipoteka istiqrazları - borclanma mexanizmi olub”.

Müsahibimizə görə, ipoteka kreditləri sahəsində ən mühüm yenilik "Elektron İpoteka və Kredit Zəmanət Sistemi"nin tətbiqi və bundan sonra verilən kreditlərin limitlərinin maksimal məbləğlərinin adi ipoteka kreditləri üçün 150 000 manata, güzəştli ipoteka kreditləri üçün 100 000 manata qaldırılması olub.

“İpoteka kreditlərinin verilməsi sisteminin tam rəqəmsallaşması sayəsində indi kredit almaq üçün növbələr onlayn tənzimlənir və bu prossesdə insan faktoru minimuma enib. Kredit almaq üçün sənədlərin toplanması "E-hökumət" portalı vasitəsilə tam avtomatlaşdırılıb. Hazırda  ölkədə sosial ipoteka kreditləri illik dəyəri 4%, adi dövlət ipoteka kreditlərinin dəyəri isə 8%-dir. Əgər ölkədə real infilyasiya səviyyəsi nəzərə alınarsa bu faizlər çox sərfəlidir”, - deyə iqtisadçı qeyd edib.

İpoteka kreditlərin verilməsi sahəsində mövcud problemlər də toxunan Fikrət Yusifov vurğulayıb ki, vətəndaşların hamısı bu kreditləri elektron qaydada növbəyə dayanmaqla ala bilmirlər. Bu isə aralıq vasitəçi dəllaların (dələduzların)  meydana gəlməsinə səbəb olub:

“Daha doğrusu, bu dəllalar bazarı necə ələ alıblarsa, bəzən hətta peşəkar maliyyəçilər və iqtisadçılar belə krediti əldə etmək anı gələndə sistemə daxil olub ona sahiblənə bilmirlər. Bu, olduqca ciddi məsələdir”.

Fikrət Yusifov: Azərbaycanda böyük bir "ipoteka aclığı" mövcuddur

Həmsöhbətimiz deyir ki, bir başqa problem isə Bakıda daşınmaz əmlakın qiymətlərinin sürətlə artdığı indiki dönəmdə, dövlət ipotekasının maksimal limitinin - yəni  150 000 manat vəsaitin şəhərin mərkəzinəə yaxın ərazilərdə normal mənzil almaq üçün kifayət etməməsidir:

“Başqa bir problem dövlət xətti ilə ipotekaya cəlb olunan mənzillər üçün mütləq "Çıxarış" tələb olunmasıdır ki, bəzən vətəndaşlardan asılı olmayan səbəblərdən onların almaq istədikləri mənzillər çıxarışsız olur. Bəzi kommersiya bankları isə öz vəsaitləri hesabına verdiyi daxili ipoteka kreditlərində çox yüksək faizlər (illik 11-15%) müəyyənləşdirirlər ki, bu da ipoteka kreditinin dəyərinin az qala mövcud istehlak kreditlərinin dəyəri ilə eyniləşməsi deməkdir”.

Sabiq maliyyə naziri hesab edir ki, ipoteka kreditlərinin həcmi hər il artsa da, Azərbaycan bazarının tələbatı qarşılığında təklif olunan kreditlərin həcmi çox kiçikdir. Ekspertlərin və bazar araşdırmaçılarının rəylərinə görə, dövlət və kommersiya xətti ilə verilən ipoteka kreditləri real mənzil tələbatının təxminən 15–20%-ni güclə qarşılayır. Bu səbəbdən bazarda böyük bir "ipoteka aclığı" mövcuddur.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 İyul 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri