İpotekaya yararlı mənzillərin qiymətində ciddi artım (VİDEO)
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İpoteka predmeti olan daşınmaz əmlakın qiymətində ciddi artım müşahidə olunur.
Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə hazırki bazarda 200 min manat dəyərində daşınmaz əmlakın qiymətində son 6 ayda 5-7 min manat arası artım müşahidə olunur. Qiymətlər isə mənzilin sahəsinə və yerləşdiri yerin bazar dəyərinə uyğun olaraq hesablanır.
Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bazarda müşahidə olunan qiymət artımına paralel olaraq əgər daşınmaz əmlak ipoteka şərtlərinə uyğundursa qiyməti biraz da artır ki, buna da səbəb mənzilin təklif edilən qiymətə daha tez satılmasıdır.
Elnur Azadovun sözlərinə görə, 1 və 2 otaqlı mənzillərdə qiymət artımı daha çoxdur.
Ekspert bildirib ki, şəhər daxilində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq bazarda tələbin təklifi üstələməsi də qiymət artımına səbəb olan amillərdən biridir.//Xəzər TV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 10 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















