IQ səviyyəsi yüksək insanlar gələcəyi görə bilirlər
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yüksək IQ səviyyəsinə malik insanlar gələcəyi "görə" bilirlər - onlar daha dəqiq proqnozlar verib, daha yaxşı qərarlar qəbul edirlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Bata Universitetinin Menecment Məktəbinin tədqiqatçıları bəyan ediblər. Onların araşdırmalarının nəticələri "Journal of Personality and Social Psychology" jurnalında dərc olunub.
Tədqiqatda İngiltərədə yaşlı insanlarla aparılmış sorğunun nəticələri analiz olunub. İştirakçılardan müəyyən yaşa çatma ehtimalını qiymətləndirmələri xahiş edilib. Sonra onların proqnozları Böyük Britaniyanın Milli Statistika Xidmətinin həyat müddəti gözləntiləri ilə müqayisə edilib. Sağlamlıq, həyat tərzi və genetik uzunömürlülük meyarları da nəzərə alınıb.
Nəticə göstərib ki, ən aşağı IQ səviyyəsində olan insanlar (alt 2.5%) proqnozlarda yuxarı 2.5% qrupdakılardan iki dəfədən çox səhv ediblər. Yüksəkintellektli iştirakçılar isə daha dəqiq və sabit qiymətləndirmələr veriblər.
"Demək olar ki, hər qərar ehtimal qiymətləndirməsi tələb edir - biznes açmaq, investisiya etmək, yolu keçmək, ya da həyat yoldaşı seçmək kimi. Yüksək IQ-lu insanlar baş verə biləcək hadisələri daha yaxşı qiymətləndirirlər və bu, onlara böyük üstünlük verir", - deyə məqalədə vurğulanıb.
Tədqiqat, həmçinin intellekt və təhsil uğurları ilə əlaqəli genetik markerlərlə dəqiq proqnoz vermək qabiliyyəti arasında əlaqə aşkar edib. Bu, koqnitiv bacarıqların qəbul edilən qərarların keyfiyyətinə birbaşa təsir etdiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 İyun 2025 05:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















