Icma.az
close
up
RU
İqlim böhranı 100 ilə dünya xəritəsini dəyişə bilər

İqlim böhranı 100 ilə dünya xəritəsini dəyişə bilər

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.


Yeni araşdırmaya görə, qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi nəticəsində dünyanın 37 şəhəri növbəti 100 il ərzində xəritədən silinmək təhlükəsi ilə üz-üzə qala bilər.

Missiya.Az xəbər verir ki, bu barədə Swiftest platformasının yayımladığı hesabatda bildirilir.

Hesabata əsasən, dəniz səviyyəsinin qalxması və daşqınların artması bir sıra sahil şəhərlərində yaşayış şəraitini qeyri-mümkün hala gətirə bilər.

Risk altında olan şəhərlər arasında Tokio, Nyu-York, Dubay, Venesiya və Sidney kimi məşhur turistik mərkəzlərlə yanaşı, Türkiyənin İstanbul və İzmir şəhərləri də yer alıb.

Swiftest-in həmtəsisçisi Metyu H. Neş qeyd edib ki, iqlim böhranı gələcəkdə yalnız ekoloji deyil, həm də iqtisadi və sosial fəsadlar yaradacaq:

“Əgər mövcud tendensiya davam edərsə, bəzi şəhərlər növbəti əsrdə yaşanmaz vəziyyətə düşə bilər.”

Hesabatda bildirilib ki, bu şəhərlərin bir qismi artıq daşqın riskinə qarşı bəndlər və müdafiə sistemləri qurur, lakin uzunmüddətli dövrdə bu tədbirlərin kifayət etməyəcəyi ehtimal olunur.

Birləşmiş Millətlər Təşkilatının “World Cities Report 2024” sənədində də oxşar xəbərdarlıq yer alıb. Qurumun məlumatına görə, dünyada 40-dan çox böyük sahil şəhəri dəniz səviyyəsinin yüksəlməsi səbəbindən ciddi təhlükə ilə üzləşib.

Risk altında olan şəhərlərin siyahısına Mumbay, London, Banqkok, Cakarta, Boston, Lissabon, Amsterdam, Key West, Kankun və digər şəhərlər də daxildir.

Ekspertlər hesab edirlər ki, bu risklərin azaldılması üçün ölkələr iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirməli, karbon emissiyalarını azaltmalı və sahil müdafiə sistemlərinə daha çox sərmayə yönəltməlidirlər.

Seyranə Quliyeva
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri