Icma.az
close
up
RU
“İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi”

“İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi”

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ən fəal vətəndaşlar kimi gənclər sülh quruculuğuna öz həll yollarını təklif edərək töhfə verir, iqlim dayanıqlılığı və ətraf mühit təşəbbüslərində iştirak edərək, davamlı inkişaf prinsiplərini təşviq edirlər”. SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində İslam Elm, Təhsil vəMədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı ilə “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, bildirib ki, hər gün dünyanın müxtəlif yerlərində milyonlarla insan, o cümlədən uşaq və gənclər iqlim dəyişikliyini və onun konfliktlərlə bağlı təsirlərini öz həyatlarında hiss edirlər. İqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin iştirakının genişləndirilməsi, onların hüquqlarının qorunması və xüsusi ehtiyaclarının mövcud siyasət və proqramlarda nəzərə alınmasının vacibliyini qeyd edən komitə sədri qeyd edib ki, gənclər arasında təhsilin və maarifləndirmənin təşviq edilməsi onların yalnız uyğunlaşmasını deyil, həm də proseslərdə fəal iştirakını vurğulayır.

O, diqqətə çatdırıb ki, gənclərin liderliyi fərdi təşəbbüslərlə məhdudlaşmamalı, onların səsinə qulaq asmaq, ideyalarını qəbul etmək və qərarların qəbul edilməsi proseslərinə cəlb etmək daha davamlı və ədalətli gələcək hazırlamaq deməkdir.

Azərbaycanda resurslardan səmərəli istifadə üçün bir sıra mühüm dövlət proqramları, sosial-iqtisadi inkişaf strategiyaları və geniş fəaliyyət planlarının reallaşdırıldığını qeyd edən B. Muradova azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” kimi vahid konsepsiya əsasında genişmiqyaslı bərpa və yenidənqurma işləri, minalardan təmizləmə işlərinin aparıldığını diqqətə çatdırıb. O əlavə edib ki, iqlim dayanıqlılığı və sülh quruculuğunu təmin etmək üçün gənc səfirlər “Sülh üçün Birləşək” kimi müxtəlif virtual platformalar yaratmalıdırlar. Burada onlar bu mövzuları müzakirə edərək diqqət mərkəzində saxlaya bilərlər.

“Bu bir həqiqətdir ki, enerjisi, yaradıcılığı və qətiyyəti ilə gənclər güclü və harmonik bir dünyanın memarlarıdır. Gəlin hamılıqla gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək”- deyə komitə sədri çıxışını yekunlaşdırıb.

ICESCO-nun Baş Qərargahında Strategiya və Əməkdaşlıq Departamentinin əməkdaşı Dinara Quliyevanın moderatorluğu ilə keçirilən tədbir zamanı ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki və Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan çıxış edib.

İnsan kapitalı, uşaq və gənclər, sağlamlıq və təhsil üzrə tematik gündə qeyd edilib ki, ICESCO gənc sülh səfirləri sessiyası iqlim və sülh problemlərinin həllində gənclərin liderliyini və innovasiyalarını nümayiş etdirəcək, onların nailiyyətlərini qeyd etməklə və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqla bu gənc liderlərə iqlim dəyişikliyinə davamlılıq və sülh quruculuğu sahəsində qlobal dəyişikliyi davam etdirmək üçün səlahiyyət verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see341

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see219

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see189

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see128

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri