İqlim dəyişiklikləri siyasi iradədən daha sürətlə baş verir Roma Papası
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Belen şəhərindəki Qlobal Cənubun episkopları və kardinalarına videomüraciətində Papa planetin "sel, quraqlıq, fırtınalar və amansız istilik dalğaları" vasitəsilə təcili siqnallar göndərdiyini və milyonlarla insanın hələ də ciddi iqlim risklərinə məruz qaldığını vurğulayıb.
"Hər üç insandan biri, bu iqlim dəyişiklikləri səbəbindən ağır həssaslıq içində yaşayır", - deyə Roma Papasına istinadən "Vatican News"un verdiyi məlumatda qeyd olunur.
Papa Paris Sazişinin qlobal iqlimi sabitləşdirmək üçün ən aydın yol xəritəsi olduğunu qeyd edərək, onun həyata keçirilməsinin hökumətlərin qərarları tərəfindən zəifləndiyini, sazişin özündə isə hər hansı bir çatışmazlıq olmadığını vurğulayıb.
O, sazişi dəstəkləmək üçün "sarsılmaz qlobal həmrəylik" çağırışı edərək, ölkələri iqlim sahəsində əməkdaşlıqlarını genişləndirməyə və xüsusilə Qlobal Cənubdakı həssas bölgələri dəstəkləməyə çağırıb.
Qadir, Bizimyol.info
Baxış sayı:75
Bu xəbər 18 Noyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















