Icma.az
close
up
RU
İqlim dəyişikliyi: Bir ildə 4 milyard insan 30 gün ekstremal isti hava şəraitində yaşayıb

İqlim dəyişikliyi: Bir ildə 4 milyard insan 30 gün ekstremal isti hava şəraitində yaşayıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi səbəbilə son bir il ərzində dünya əhalisinin təxminən yarısını təşkil edən 4 milyard insan, yaşadıqları bölgələrdə əlavə olaraq orta hesabla 30 gün davam edən ekstremal isti hava şəraitinə məruz qalıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, iqlim araşdırmaları ilə məşğul olan "World Weather Attribution" (WWA), "Climate Central" və Qırmızı Xaç İqlim Mərkəzinin 2 iyun – Qlobal İstiliklə Mübarizə Günü ərəfəsində yayımladığı analizə görə, fosil yanacaq istifadəsi isti hava dalğalarını daha uzunmüddətli və daha ehtimal olunan hala gətirir. Bu isə bir çox ölkədə hələ də kifayət qədər ciddiyə alınmayan ciddi bir təhlükə yaradır.

2024-cü il mayın 1-dən 2025-ci il mayın 1-dək olan dövr ərzində, təxminən 4 milyard insanın yaşadığı bölgələrdə, tarixi müşahidələrlə müqayisədə temperaturun 90 faizindən yüksək səviyyədə olduğu əlavə ən azı 30 gün qeydə alınıb. Analiz göstərir ki, əgər iqlim dəyişikliyi olmasaydı, bu qədər çox isti günlərin yaşanması mümkün olmazdı.

İqlim dəyişikliyi, 195 ölkə və bölgədə ekstremal isti günlərin sayını azı iki dəfə artırıb. Son bir il ərzində qeydə alınan 67 böyük isti hava dalğasının hamısı məhz iqlim dəyişikliyi səbəbilə daha mümkün olub.

London İmperial Kollecinin Grantham İnstitutunun İqlim Dəyişikliyi və Ətraf Mühit Bölməsinin aparıcı müəllimi və "WWA"nın həmtəsisçisi Friederike Otto analiz nəticələrinə münasibət bildirərək bu araşdırmanın çox açıq bir xəbərdarlıq olaraq qəbul edilməli olduğunu vurğulayıb.

Otto: "Yandırılan hər bir neft bareli, atmosferə buraxılan hər bir ton karbon qazı və hər artan dərəcə ilə isti hava dalğaları daha çox insanı təsiri altına alacaq. Ancaq yaxşı xəbər odur ki, biz bu prosesin necə dayandırılacağını bilirik. Enerji sistemlərimizi daha səmərəli etməli, fosil yanacaqlardan imtina edib, bərpa olunan enerji mənbələrinə əsaslanmalı və daha bərabər, davamlı cəmiyyətlər qurmalıyıq", - deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri