Icma.az
close
up
RU
İqlim dəyişikliyi: Hər il beş yaşadək 600 min uşaq ölür

İqlim dəyişikliyi: Hər il beş yaşadək 600 min uşaq ölür

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqlim böhranı artıq birbaşa insan sağlamlığına təsir edir və bəzi xəstəliklərin artmasına səbəb olur. Türkiyə, iqlim dəyişikliyinin sağlamlıq üzərindəki mənfi təsirlərinə qarşı tədbir görmək üçün hərəkətə keçib. Bu məqsədlə “İqlim Dəyişikliyi və Sağlamlıq Elmi Məsləhət Şurası” fəaliyyətə başlayacaq.


İqlim hamiləlikdən etibarən təsir göstərir

İqlim dəyişikliyi insan sağlamlığına ana bətnindən etibarən təsir edir. İstilik stresindən  erkən doğuş 16%, ölü doğuş isə 46% artırdığı bildirilir. Avropada 2050-ci ilə qədər dəri xərçəngi hallarının təxminən 5% artacağı gözlənilir. Su vasitəsilə yayılan parazit və ishal kimi xəstəliklərin hər il beş yaşadək 600 min uşağın ölümünə səbəb olduğu vurğulanır. 

Sherg.az xəbər verir ki, Türkiyə bu istiqamətdə mühüm addım atmağa hazırlaşır.


Məsləhət Şurası qurulur

2026-cı il Türkiyə Prezidentin İllik Proqramına əsasən, iqlim dəyişikliyinin sağlamlıq üzərindəki mənfi təsirlərini azaltmaq üçün Səhiyyə Nazirliyi başda olmaqla müxtəlif nazirliklər, Ali Təhsil Şurası, yerli idarələr və QHT-lər birgə fəaliyyət göstərəcək.

İctimai sağlamlığın qorunması üçün fəaliyyət planı hazırlanacaq, risk qrupuna daxil olan şəxslər üçün maarifləndirmə işləri aparılacaq, iqlimə həssas xəstəliklərin siyahısı tərtib ediləcək.


Prof. Dr. Bülent Kılıç (Türkiyə Xalq Sağlığı Mütəxəssisləri Dərnəyinin rəhbəri):

“Qeyri-infeksion xəstəliklər arasında ürək-damar, tənəffüs və xərçəng xəstəlikləri önə çıxır. Xüsusilə isti hava dalğaları yaşlı və zəif orqanizmlərdə infarkt, insult, astma, KOAH və böyrək xəstəliklərinin artmasına səbəb olur. Yaşlılar arasında bu səbəbdən ölüm hallarının artdığını statistik olaraq görürük. Hava çirkliliyi və yüksək temperatur əsas amillərdəndir.”

O, həmçinin əlavə edib ki, iqlim dəyişikliyi nəticəsində xəstəlik daşıyan ağcaqanad və gənə kimi vektorların sayı artır. Bu isə sıtma, zika, sarı qızdırma, KKKA və hantavirus kimi xəstəliklərin yayılmasına səbəb olur. Yağışlı mövsümlərdə su vasitəsilə yayılan infeksiyalar artır, quraqlıq isə uşaqların inkişafına mənfi təsir göstərir.


“Görünməz qatil” - hava çirkliliyi


Doç. Dr. Nilüfer Aykaç (Türk Toraks Dərnəyi):

“ÜST-ün "görünməz qatil" adlandırdığı hava çirkliliyi hər il dünyada 8 milyondan çox insanın ölümünə səbəb olur. Havanın çirklilik səviyyəsi müəyyən həddi keçdikdə, ümumi ölüm nisbətini 6% artırır. Hava çirkliliyi tənəffüs, ürək-damar, sinir sistemi və metabolik xəstəliklərdə mühüm rol oynayır. Bu, həmçinin diabet və yuxu pozğunluqlarının yaranmasına da səbəb olur.”

O, artan infeksiyaların da artıq iqlim dəyişikliyi ilə əlaqəli müzakirə olunduğunu bildirib.


Alergiyalar da çoxalır


Prof. Dr. Ümit Murat Şahiner (Türkiyə Milli Allergiya və Klinik İmmunologiya Dərnəyi):

“Ekstrem iqlim hadisələri, xüsusilə də güclü fırtınalar, polenlərin yayılmasını artırır və astma xəstələrində vəziyyəti pisləşdirir. İqlim bölgələrinin dəyişməsi ilə yeni bitki növləri yeni ərazilərə yayılır. Məsələn, artıq Ankarada əvvəllər görünməyən selvi allergiyası müşahidə olunur. Su keyfiyyətinin pisləşməsi dəri xəstəliklərinin çoxalmasına gətirib çıxarır.”

O əlavə edib ki, bəzi iqlimlə mübarizə tədbirləri də istər-istəməz allergik xəstəlikləri artırır:

“Son 20–30 ildə qida allergiyası halları 2-3 dəfə artıb.”


İqlimin səbəb olduğu xəstəliklər


Mütəxəssislərə görə, iqlim dəyişikliyi ilə əlaqəli əsas xəstəliklər bunlardır:

Xərçəng

İskemik ürək xəstəlikləri

İnsult

Yuxarı və aşağı tənəffüs yolu xəstəlikləri

Astma və KOAH

Diabet

Yuxu pozğunluqları

Sıtma, sarı qızdırma, hantavirus

Alergiyalar


“Diaqnoz daha da asanlaşacaq”


Prof. Dr. Didem Evci Kiraz (BMT İnkişaf Proqramı - İqlimə Uyğun Sağlamlıq üzrə Mütəxəssis):

“Səhiyyə Nazirliyinin iqlimə həssas xəstəliklər siyahısı hazırlaması əsas məqsədlərimizdən biridir. Bununla iqlim dəyişikliyinin hər şəhərdəki təsirini ölçmək və xəstəliklərin tanısını müəyyənləşdirmək asanlaşacaq. Əldə olunan məlumatlar ÜST-ə təqdim olunarsa, bu, beynəlxalq səviyyədə iqlimlə əlaqəli xəstəlik kodlarının formalaşmasına Türkiyənin töhfə verməsi demək olacaq.”


ÜST xəbərdarlığı: M çiçəyi Afrikanın hüdudlarını aşdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), M çiçəyi (mpox) virusunun klad 1b variantının artıq Afrikanın hüdudlarından kənara yayıldığını açıqlayıb.

Təşkilatın hesabatına əsasən, İtaliya, Malayziya, Niderland, Portuqaliya, İspaniya və ABŞ yaxın zamanda bu virusun səyahət əlaqəsi olmayan hallarda da qeydə alındığını təsdiqləyib.

Sentyabr 2025-də 42 ölkədə 3 135 təsdiqlənmiş yoluxma və 12 ölüm halı qeyd alınıb. Hadisələrin 80%-dən çoxu Afrikada müşahidə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see241

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see225

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see217

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see199

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see151

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see147

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see144

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see137

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see133

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see128

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see127

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri