İqlim dəyişikliyi on minlərlə bitki növünün yox olmasına səbəb olacaq
Icma.az bildirir, Lent az portalına istinadən.
İqlim dəyişikliyi səbəbilə 2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər.
Lent.az-ın məlumatına görə, ABŞ-da aparılan araşdırma nəticəsində alimlər müəyyən ediblər ki, temperatur artımı və yağıntı rejimindəki dəyişikliklər nəticəsində dünya üzrə bitki növlərinin 7-16 faizi itə bilər.
Xüsusilə Arktika, Aralıq dənizi bölgəsi və Avstraliyada vəziyyətin daha kritik olduğu bildirilir.
Tədqiqat müəlliflərindən olan Şayoli Dong bildirib ki, orta səviyyəli karbon emissiyası ssenarisində bu, 35-50 min bitki növünün məhv olması deməkdir. Emissiyalar artarsa, risk daha da böyüyə bilər.
İngiltərədə aparılan başqa araşdırmada isə 335 mindən çox çiçəkli bitki növü araşdırılıb və təxminən 10 min növün yox olmaq təhlükəsi ilə üzləşdiyi müəyyən olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 08 May 2026 04:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















