Icma.az
close
up
RU
“İqlim dəyişikliyindən ən çox zərər çəkənlər kənd təsərrüfatı ilə məşğul olanlardır”

“İqlim dəyişikliyindən ən çox zərər çəkənlər kənd təsərrüfatı ilə məşğul olanlardır”

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nazir: “İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur”

Kənd təsərrüfatı dünyada iqtisadiyyatın ən mühüm sektorlarından biridir. Halbuki fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir.

AYNA xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: Fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək” Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışında deyib.

Nazir qeyd edib ki, onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər: “Bu təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da onların həyat tərzinə ciddi ziyan vurur. Lakin qlobal iqlim dialoqlarında onlara çox az diqqət yetirilir. İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur. Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədi bunu dəyişdirməkdir”, - deyə M.Məmmədov vurğulayıb.

M.Məmmədov əlavə edib ki, harmoniyanın məqsədləri çox sadə, lakin vacibdir: “Harmoniya kənd təsərrüfatı, qida və su sahələrində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq. Bu platforma fermerlərə praktiki biliklər, rəqəmsal alətlərə çıxış və dünyanın ən yaxşı təcrübələri və innovasiyaları ilə əlaqə yaratmaq üçün yer təmin edəcək. Həmin platformanı yaratmaqla biz fermerlərə təsərrüfatları və gələcəkləri üçün düzgün, davamlı seçimlər etmək imkanı veririk”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri