Icma.az
close
up
RU
İqlim dəyişmələri müharibələr, münaqişələr və miqrasiyadan az əhəmiyyət kəsb etmir Ərdoğan

İqlim dəyişmələri müharibələr, münaqişələr və miqrasiyadan az əhəmiyyət kəsb etmir Ərdoğan

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İqlim mövzusu qlobal gündəmin ən kritik mövzularından biridir. Türkiyə ekoloji problemlərə müharibə, münaqişə və miqrasiya qədər ciddi yanaşır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

Türkiyə lideri COP29 sessiyası çərçivəsində göstərdiyi səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha minnətdarlığını ifadə edib.

O, COP29-un əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Azərbaycanda iqlim müzakirələri bu sahədə BMT-nin dialoqu üçün əsas platformadır.

Türkiyə Prezidenti xatırladıb ki, COP29 Liderlər Sammiti 80 ölkənin dövlət və hökumət başçılarını bir araya toplayıb. “Azərbaycanda keçirilən iqlim sammitinin əsas məsələsi “iqlim maliyyələşməsi” olub. İqlim dəyişikliyinin mənfi nəticələri ilə üzləşən inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün maliyyə mənbələrinin tapılması yolları müzakirə edilir”, - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Liderlər Sammitinin iştirakçıları 2009-cu ildə Danimarkada keçirilən görüşdə elan edilmiş iqlim məqsədləri üçün 100 milyard dolların ayrılmasını müzakirə ediblər. “2025-ci ildən sonrakı dövr üçün planlar və yeni dəstək mexanizmlərinin formalaşdırılması imkanı da nəzərdən keçirilib”, - deyə Türkiyə Prezidenti davam edib.

Dövlət başçısı Bakıda keçirilən COP29 iştirakçılarına iqlim dəyişikliyi ilə mübarizədə Türkiyənin prioritetlərini təqdim etdiyini bildirib. “Ölkəmiz qlobal ekoloji səylərə öz töhfəsini verməyə davam edəcək”, - deyə o əmin edib.

Siyasətçi xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” layihəsinə də diqqət çəkib. “Beynəlxalq səviyyədə geniş dəstək alan bu layihə haqqında COP29 iştirakçılarına məlumat vermişəm. Həmçinin bərpaolunan enerji mənbələri hesabına ağac əkilməsi, su ehtiyatlarının tənzimlənməsi və enerjinin inkişafı üzrə illik ümummilli kampaniya haqqında danışmışam”, - deyə Türkiyə dövlətinin başçısı söyləyib.

O qeyd edib ki, bu gün Türkiyə bərpaolunan enerji mənbələrindən istifadə etməklə enerji istehsal gücünə görə Avropada beşinci, dünyada isə 11-ci yerdədir.

İqlim gündəminin mövzusuna qayıdan Türkiyə Prezidenti qeyd edib ki, hökumət ekoloji məsələlərə xüsusi diqqət yetirir. “Biz ölkənin davamlı artımını qorumaq üçün tədbirlər görməyə davam edəcəyik. Bununla belə, iqlim məsələsi bir və ya bir qrup dövlətin səylərindən çox-çox kənara çıxan bir mövzudur. Uzunmüddətli həllər yalnız birgə səylərlə mümkündür. Bəzi dövlətlər bunu edir, bəziləri isə daha böyük fayda əldə etmək üçün ətraf mühitə məhəl qoymurlar”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti COP29 çərçivəsində keçirilən ikitərəfli görüşlərdən də danışıb: “Böyük Britaniyanın Baş naziri, Azərbaycan, Qazaxıstan, Moldova və Monteneqro prezidentləri ilə danışıqlar aparılıb”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Noyabr 2024 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri