Icma.az
close
up
RU
İqlim ədaləti diplomatiyanın yeni sınağıdır

İqlim ədaləti diplomatiyanın yeni sınağıdır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiçik Ada Dövlətlərinin müdafiəsi ekoloji siyasətdə zərurətdir

Dünya siyasətinin gündəmində mühüm yer tutan iqlim dəyişikliyi artıq qlobal güc balansına, beynəlxalq hüquqa və dövlətlərin təhlükəsizlik arxitekturasına təsir göstərən strateji amilə çevrilib. Qarşı-qarşıya qaldığımız qlobal böhran fonunda ənənəvi diplomatiya mexanizmləri isə yeni çağırışların tam və effektiv şəkildə tənzimlənməsində yetərli olmur. Bu vəziyyət beynəlxalq münasibətlər sistemində mövcud yanaşmaların yenilənməsini və daha çevik proseslərin formalaşdırılmasını zəruri edir. Qlobal Şimal ilə Qlobal Cənub arasında getdikcə dərinləşən ekoloji risklər və iqlim ədalətsizliyi də beynəlxalq gündəmin əsas məsələlərindən birinə çevrilib. Bu asimmetriyanın aradan qaldırılması, iqlim yükünün ədalətli bölüşdürülməsi və inkişaf etməkdə olan ölkələrin maraqlarının daha dolğun nəzərə alınması siyasi məsuliyyət məsələsi kimi nəzərdən keçirilir.

Məhz 2026-cı ilin Pre-COP Liderlər Tədbiri çərçivəsində səsləndirilən fikirlər, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin qlobal iqlim siyasətinə dair konseptual yanaşması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səsləndirilən mövqelər iqlim gündəliyinə beynəlxalq həmrəylik, ədalət və siyasi məsuliyyət müstəvisindən yanaşılmasının vacibliyini önə çıxarır. 

Coğrafi baxımdan Xəzər dənizi hövzəsində yerləşən və iqlim dəyişikliklərinin təsirlərini sosial-iqtisadi həyatında birbaşa hiss edən Azərbaycan üzləşdiyi çətinliklərə baxmayaraq, qlobal təhlükələrə qarşı həmrəylik və məsuliyyət mövqeyi nümayiş etdirir. Ölkənin qarşılaşdığı əsas çağırışlar sırasında Xəzər dənizinin su səviyyəsindəki dəyişikliklər, su çatışmazlığı və iqlim anomaliyaları nəticəsində intensivləşən daşqınlar xüsusi yer tutur. Bu amillər Azərbaycanın ekoloji təhlükəsizlik gündəliyində daim diqqət tələb edən məsələlər sırasındadır. Sadalanan problemlər ölkə daxilində ciddi sosial-iqtisadi fəsadlar yaratsa da, rəsmi Bakı iqlim məsələsinə daha geniş beynəlxalq məsuliyyət müstəvisindən yanaşır. Qlobal istiləşmənin nəticələrini qeyri-mütənasib şəkildə yaşayan ölkələrin üzləşdiyi problemlər Azərbaycan tərəfindən beynəlxalq iqlim siyasətinin əsas ədalət məsələlərindən biri kimi gündəmə gətirilir.

Mövcud beynəlxalq statistika göstərir ki, sənayeləşmiş ölkələrin tarixən formalaşdırdığı yüksək istixana qazı emissiyalarının nəticələri heç də həmin emissiyalarda ən böyük paya malik olmayan ölkələrdən yan keçmir. Əksinə, zəif sənayeləşmiş və iqtisadi imkanları məhdud dövlətlər iqlim dəyişikliklərinin ən ağır nəticələri ilə üzləşən tərəflər sırasında yer alırlar. Onların iqtisadi potensialı, həyati əhəmiyyət daşıyan infrastrukturu və məhdud dolanışıq mənbələri ekoloji risklərin artması fonunda ciddi təzyiqlə üzləşir, həssas təbiət zonaları isə getdikcə daha böyük təhlükə qarşısında qalır.

Xüsusilə kiçik ada dövlətlərinin vəziyyəti bu problemin miqyasını aydın göstərir. Qlobal sənayeləşmənin yaratdığı tarixi emissiyalarda nisbətən məhdud paya malik olan bu ölkələrin iqlim dəyişikliklərinin nəticələrindən ciddi zərər görməsi beynəlxalq iqlim siyasətində məsuliyyət və ədalət məsələlərinin daha geniş müzakirə olunmasını zəruri edir. Bu mənzərə iqlim böhranının, eyni zamanda sosial, iqtisadi və geosiyasi nəticələri olan qlobal problemə çevrildiyini göstərir.

Bu qeyri-mütənasiblik mövcud beynəlxalq idarəetmə institutlarının qlobal iqlim böhranına cavab imkanlarının yetərli olmadığını göstərir. İnkişaf etməkdə olan həssas dövlətlər sənayeləşmənin yaratdığı risklərdən ciddi iqtisadi fayda əldə etmədən onun ağır nəticələri ilə üzləşirlər. Okean sularının istiləşməsi, dəniz səviyyəsinin yüksəlməsi və torpaqların şorlaşması onların təbii resurslarını, yaşayış məkanlarını və iqtisadi imkanlarını getdikcə daha çox məhdudlaşdırır. Bu proses yalnız demoqrafik dəyişikliklərə deyil, həm də insan hüquqları və kollektiv təhlükəsizlik üçün yeni risklərə yol açır. Ənənəvi yardım mexanizmləri isə artan təhlükələrin qarşısını almaqda kifayət etmir. Buna görə yeni qlobal iqlim yanaşması ayrı-ayrı yardım paketlərindən daha çox, koordinasiyalı, davamlı və effektiv beynəlxalq fəaliyyət mexanizmlərinin formalaşdırılmasına əsaslanmalıdır.

Azərbaycan diplomatiyasının strateji xətti iqlim dəyişikliklərindən zərər çəkən ölkələrin yalnız beynəlxalq yardımın passiv alıcılarına çevrilməsini qəbul etmir. Əksinə, iqlim siyasətinin formalaşdırılması prosesində bu dövlətlərin aktiv qərarverici subyektlərə çevrilməsi əsas prinsiplərdən biri kimi önə çəkilir. Məhdud imkanlara malik ölkələrin nümayəndələrinə beynəlxalq tribunlarda öz mövqelərini ifadə etmək imkanının yaradılması da bu yanaşmanın mühüm tərkib hissəsidir. Çünki zərərçəkən ölkələrin problemlərinin yalnız dinlənilməsi kifayət etmir. Onların irəli sürdüyü təklif və tələblərin beynəlxalq hüquqi sənədlərə, iqlim mexanizmlərinə və maliyyələşdirmə qaydalarına real şəkildə inteqrasiyası vacibdir. Beynəlxalq münasibətlər sistemində hüquqi proseslər məhz həssas və zəif tərəflərin müdafiəsini təmin etdiyi zaman öz mahiyyətini doğruldur. Azərbaycan rəhbərliyinin yanaşmasına görə, inkişaf səviyyəsindən asılı olmayaraq heç bir ölkə qlobal tərəqqidən kənarda qalmamalı, bütün bəşəri məkanların davamlı qorunması isə yalnız texniki məsələ deyil, beynəlxalq həmrəylik və mənəvi məsuliyyət prinsipi kimi qəbul edilməlidir.

Azərbaycanın xarici siyasət kursunun əsas üstünlüyü diplomatik ardıcıllıqla praktiki addımların vəhdətində özünü göstərir. İqlim təhlükələrinin sərhəd tanımadığını nəzərə alan Bakı qlobal böhranlara beynəlxalq həmrəyliyin imkanları ilə cavab verilməsini vacib hesab edir. İqlim dəyişikliklərinin ağır nəticələri ilə üzləşən həssas ölkələrə dəstək yalnız humanitar yardımla məhdudlaşmamalı, dağıdılmış kənd təsərrüfatı, təhsil və səhiyyə infrastrukturunun bərpasını da əhatə etməlidir. Əks halda dərinləşən sosial-iqtisadi böhranlar kütləvi miqrasiyaya, iqtisadi itkilərə və yeni demoqrafik təzyiqlərə səbəb ola bilər.

Beynəlxalq konfranslarda pafoslu bəyanatların səsləndirilməsi, ardınca isə icrasına nəzarət edilməyən qərarların qəbul olunması ənənəsi dəyişməlidir. Xəzərin Liderlər səviyyəsində gündəmə gətirdiyi əsas prinsiplərdən biri iqlim əməkdaşlığının konkret hədəflərə, şəffaf maliyyələşməyə və ölçülə bilən nəticələrə əsaslanmasıdır. İqlim məsuliyyəti sənaye gücünə və emissiyalara uyğun şəkildə bölüşdürülməli, toplanan vəsait isə iqlim dəyişikliklərinin təsirlərinə daha həssas ölkələrdə adaptasiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməlidir. Çünki hər gecikmə gələcəkdə daha böyük humanitar və iqtisadi itkilərlə nəticələnir. Planetin ekoloji təhlükəsizliyinin ayrı-ayrı iqtisadi maraqlardan üstün tutulması isə artıq seçim deyil, qlobal məsuliyyət məsələsidir.

Liderlər Sammitində səsləndirilən çağırışlar sadə iqlim təşəbbüsündən daha geniş məna daşıyır. Xəzərdən yüksələn bu çağırış iqlim ədaləti, bərabər inkişaf imkanları və qlobal həmrəylik ideyalarını vahid gündəmdə birləşdirir. İnkişaf etmiş dövlətlərin qısamüddətli iqtisadi maraqları qlobal iqlim məsuliyyətini üstələdikcə, gələcəkdə daha ağır ekoloji və sosial nəticələrlə üzləşmək riski artır. Bu baxımdan humanizm və həmrəylik prinsiplərinə əsaslanan xarici siyasət qlobal risklərin qarşısının alınmasında mühüm rol oynayır.

Yusif ŞƏRİFZADƏ

 XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri