İqlim fəalı Naomi: Cənubi Sudan uşaqları üçün iqlim ədaləti vacibdir AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 14 noyabr, AZƏRTAC
Cənubi Sudandan olan iqlim fəalı kimi COP29-da iştirak edirəm. Papa və beynəlxalq icmanın Cənubi Sudan və digər həssas ölkələr üçün kifayət qədər iqlim maliyyəsi ayırmasına ümid edirəm. Belə ölkələr, məsələn, Cənubi Sudan iqlim dəyişikliyinə sıfır, yaxud ən yaxşı halda bir faizdən az töhfə verib. Buna baxmayaraq, hazırda başqalarının fəaliyyətləri nəticəsində ciddi zərərlərlə üzləşirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində ölkəmizə gələn Cənubi Sudandan olan iqlim fəalı Naomi ifadə edib.
Onun sözlərinə görə, əsas tələb Cənubi Sudan uşaqları üçün iqlim maliyyəsinin təmin edilməsidir: “Onlara kifayət qədər maliyyə dəstəyi göstərilməlidir ki, iqlimə davamlı məktəblər inşa edə bilsinlər, təhlükəsiz və dayanıqlı yaşayış yerləri yaratsınlar, həmçinin daşqınlar nəticəsində yerindən-yurdundan olmuş insanlara yardım edə bilsinlər. Bu, onların həyat şəraitini yaxşılaşdırmaq və gələcək üçün dayanıqlı inkişafı təmin etmək baxımından son dərəcə vacibdir”.
Baxış sayı:112
Bu xəbər 15 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















