Icma.az
close
up
RU
İqlim fəalları Londonda Çarlz Darvinin məzarını boyayıblar AZƏRTAC

İqlim fəalları Londonda Çarlz Darvinin məzarını boyayıblar AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 13 yanvar, AZƏRTAC

İqlim dəyişikliyinə qarşı fəaliyyət göstərən “Just Stop Oil” qrupunun iki üzvü Londondakı Vestminster Abbatlığında məşhur təbiətşünas Çarlz Darvinin məzarını təhrif etdikdən sonra həbs olunublar.

AZƏRTAC xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Alison Li və Di Blay adlı iki qadın fəal Darvinin ağ mərmərdən olan məzar daşının üzərinə narıncı rəngli boya ilə “1,5 is dead!” (“1,5 ölüb!”) sözlərini yazıblar. Bu ifadə, 2024-cü ildə qlobal temperaturun sənaye öncəsi dövrlə müqayisədə ilk dəfə olaraq 1,5°C həddini keçməsinə işarə edir.

Faəllar bu hərəkətləri ilə iqlim dəyişikliyinə diqqət çəkib və hökuməti təcili tədbirlər görməyə çağırıblar. Vestminster Abbatlığının nümayəndəsi məzar daşının təmizlənməsi üçün dərhal tədbir görüldüyünü və narıncı təbaşirin zərər verməyəcəyini bildirib. Abbatlıq ziyarətçilər və ibadət üçün açıq qalır. Polis hadisə ilə əlaqədar iki qadının həbs olunduğunu və onların hazırda Londonda bir polis bölməsində saxlanıldığını təsdiqləyib.

“Just Stop Oil” qrupu, son illərdə müxtəlif yüksək profilli etiraz aksiyaları ilə tanınır. Onlar idman və teatr tədbirlərini pozmaq, ABŞ səfirliyinin binasını boyamaq və Van Qoqun rəsmlərinə şorba atmaq kimi aksiyalar keçiriblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri