Icma.az
close
up
RU
İqlim savaşının hüquqi hədəfləri

İqlim savaşının hüquqi hədəfləri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda COP29 çərçivəsində müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının iştirakı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiya keçirilib. Tədbirdə Baş prokuror Kamran Əliyev, COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin təşkil etdiyi, həmçinin BƏƏ Daxili İşlər Nazirliyinin həmsədri olduğu sessiyada ölkə rəsmiləri ekoloji cinayətlər üzrə aparılan tədbirlər barədə məlumat veriblər.

K.Əliyev və M.Babayev Azərbaycanda hüquq-mühafizə orqanlarının ekoloji cinayətlərə qarşı mübarizəsinə toxunublar. Rusiyanın Baş prokuroru İqor Krasnov ölkəsinin ekoloji hadisələrlə bağlı gördüyü işlər barədə məlumat verib, hüquq-mühafizə orqanlarının birgə səylərinin vacibliyi bildirilib. Braziliyanın Baş prokuroru Hindenburq Çatebriand bildirib ki, ölkəsi də iqlim dəyişikliyindən əziyyət çəkir. O, ətraf mühitin qorunması, bu məqsədlə təşəbbüslərin irəli sürülməsinə töhfə vermək üçün çağırış edib. Keniyanın Baş prokuroru, Afrika Prokurorlar Assosiasiyasının Prezidenti Renson İnqonqa ölkəsində müşahidə edilən iqlim dəyişikliyi ilə bağlı problemlərdən danışıb. “Interpol”un rəhbəri Əhməd Nasir əl-Rəisi ətraf mühitin qorunması üçün qlobal tədbirləri gücləndirməyin əhəmiyyətini vurğulayıb, hüquq-mühafizə orqanlarının bu işdəki rolundan bəhs edib. Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi üzrə direktoru Gianluka Esposito çıxışında ekoloji cinayətin bir ölkəyə deyil, bütün dünyaya təsir göstərdiyini deyib. Ona görə də qurumların əməkdaşlığı vacibdir.

Baş prokuror Kamran Əliyev sonda bütün tədbir iştirakçılarına təşəkkür edib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see351

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see288

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see252

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see237

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see220

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see216

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see212

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see206

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see202

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see202

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see201

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see200

Ebola epidemiyası bitdi

28 İyul 2026 20:26see184

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see183

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see175

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see173

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see169

35 yaşından əvvəl siqareti tərgit!

28 İyul 2026 19:50see165

Çilidə hantavirus səbəbindən həyəcan rejimi elan edildi

29 İyul 2026 02:28see163

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri