İqlim tədbirləri üçün imkanlar pəncərəsi sürətlə bağlanır Antonio Koşta
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı (Aİ) iqlim tədbirlərinə sadiq qalır və bütün tərəfləri birlikdə işləməyə çağırır. SİA xəbər verir ki, xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) iqlim dəyişikliyi ilə mübarizəmizdə həlledici bir anda keçirilir. Tədbirlər üçün imkanlar pəncərəsi sürətlə bağlanır. Aİ iqlim dəyişikliyi ilə bağlı tədbirləri davam etdirməyə sadiqdir, ancaq hər kəs üçün dayanıqlı və ədalətli gələcək naminə birlikdə hərəkət etməliyik", - o bildirib.
A.Koşta, həmçinin COP30-u təşkil etdiyi üçün Braziliya Prezidenti Lula da Silvaya təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 08 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















