İqor Noqeyra: Bilirik ki, adımızı klubun tarixinə yazdıra bilərik
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sabah"ın müdafiəçisi İqor Noqeyra Misli Premyer Liqasının 27-ci turunda "Zirə" ilə 2:2 hesablı heç-heçə ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, “365scores” portalına açıqlama verən braziliyalı Premyer Liqada və ölkə kubokunda “Qarabağ”a qarşı keçiriləcək qarşıdakı oyunlara da toxunub:
"Sabah" üçün daha bir qol vurduğum və komandanın bu məğlubiyyətsiz seriyasını davam etdirməsinə kömək etdiyim üçün çox şadam. Əlbəttə ki, evdə qalib gəlmək istəyirdik; sona qədər mübarizə apardıq və çoxlu qol şansları yaratdıq. Amma keyfiyyətli bir komanda ilə qarşılaşdıq. Xal qazanmaq vacibdir. Mövsümün son mərhələsinə qədəm qoyuruq və hər matç həlledicidir. İndi bizi "Qarabağ"a qarşı ardıcıl iki oyun gözləyir. Bunlardan biri kubok finalına vəsiqə qazanmaq üçün olacaq. Buna görə də hər zaman diqqətli olmalıyıq. Bilirik ki, adımızı klubun tarixinə yazdıra bilərik. Amma indi mövsümü mümkün olan ən yaxşı şəkildə başa vurmaq üçün titullara can atırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 Aprel 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















