Icma.az
close
up
RU
İqor Seçin qlobal enerji sektoru ilə bağlı mifləri aradan qaldırdı FOTOlar

İqor Seçin qlobal enerji sektoru ilə bağlı mifləri aradan qaldırdı FOTOlar

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Dekabrın 5-də "Rosneft" ASC-nin Baş icraçı direktoru İqor Seçin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rəs əl-Xayma şəhərində keçirilən XVII Verona Avrasiya İqtisadi Forumunda "İllüziyalarla vidalaşma. Qlobal enerji Fukidid tələsində" mövzusunda bəyanatı ilə çıxış edib və yaşıl enerji ilə bağlı mifləri aradan qaldıraraq, qalıq yanacağa tələbatın artacağını proqnozlaşdırıb.

Çıxışı zamanı "Rosneft" ASC-nin baş icraçı direktoru İqor Seçin qeyd edib ki, müasir enerji sistemi qalıq yanacaq üzərində qurulub və bu yanacaq növləri dünya üzrə istehlak olunan ilkin enerjinin 80 faizindən çoxunu təşkil edir. Neft, qaz və kömür müasir insan həyatında əvəzolunmazdır, çünki qalıq yanacağın daşınması asan və sərfəlidir. Məsələn, boru kəməri ilə neftin 1000 mil məsafəyə daşınması bir dollar dəyərində 4,4 meqavat-saat enerji ötürülməsinə imkan verir. Bu göstərici boru kəməri ilə daşınan qaz üçün 1,2 meqavat-saat, hidrogen üçün isə cəmi 0,2 meqavat-saat təşkil edir.

"Böyük rus alimi Pyotr Kapitsanın araşdırmalarını davam etdirərək, "McKinsey" ekspertləri və Qərb universitetlərinin alimləri təsdiqləyiblər ki, qalıq yanacaq yüksək enerji sıxlığına malikdir. Bu göstəriciyə görə, dizel yanacağı hidrogendən təxminən 30 dəfə, qaz isə müvafiq olaraq külək enerjisindən 270 dəfə, günəş enerjisindən isə 70 dəfə üstündür", - İqor Seçin bildirib.

Onun sözlərinə görə, qalıq yanacağa olan tələbatın zirvə nöqtəsinə hələ çatılmayıb. İnkişaf etməkdə olan ölkələrdə əhalinin həyat səviyyəsini "qızıl milyard" səviyyəsinin heç olmasa yarısına çatdırmaq, neft hasilatının təxminən 2 dəfə artırılmasını tələb edəcək. "JPMorgan" investisiya bankının proqnozlarına görə, 2035-ci ilədək Hindistan və digər ölkələrdə istehlakın artması sayəsində qlobal neft tələbatı sutkada təxminən 6 milyon barrel artacaq.

"Neft qlobal enerji istehlakının 30 faizdən çoxunu, kömür 25 faizini, qaz isə 22 faizini təşkil edir. Görünən odur ki, qalıq yanacağa olan tələbatın zirvəsinə çatmaq hələ uzaqdadır", - korporasiya rəhbəri əlavə edib.

Bundan əlavə, o, yeni bir kömür erasının başlanacağını proqnozlaşdırıb. Belə ki, son iki ildə mədənçıxarma şirkəti "Glencore" əməliyyat gəlirlərinin yarısını kömür biznesindən əldə edib.

"Bugün bizdən antropogen faktorun iqlimə təsirinə əsaslanaraq qalıq yanacaqdan imtina etməyimizi tələb edirlər. Halbuki, sonuncu buzlaşma dövrü, digər adı ilə 'Kiçik buzlaşma dövrü', cəmi 200 il əvvəl başa çatıb və hazırkı istiləşmə dövrü təbii təbiət dövranının bir hissəsidir", - deyə İqor Seçin vurğulayıb.

Eyni zamanda, ABŞ enerji keçidi proqramını təşviq edir ki, bu da dünya əhalisinin 88 faizi üçün güclü sanksiya baryeri rolunu oynayır. ABŞ qlobal hegemon statusundan istifadə edərək, digər bazar iştirakçıları, o cümlədən müttəfiqlər hesabına öz iqtisadiyyatı üçün xüsusi şərait yaratmağa üstünlük verir. Lakin qədim yunan tarixçisi Fukidid öz "Peloponnes müharibəsinin tarixi" adlı əsərində klassik bir tələni təsvir edib: hegemonun alternativ qlobal güc mərkəzlərinin yaranmasından qorxması qaçılmaz olaraq onlarla müharibəyə səbəb olur.

"Amerika elm, texnologiya, sənaye və maliyyə sahələrində liderliyini itirib, bu isə 20-30 il əvvəl təsəvvür etmək çətin idi", - İqor Seçin vurğulayıb.

Hazırda alternativ enerji avadanlıqlarının istehsalı üzrə dünya gücünün 70 faizdən çoxu ABŞ-da deyil, Çində cəmləşib.

"ABŞ-nin proteksionist siyasətinin uğursuzluğu aydındır: ticarət məhdudiyyətlərinin tətbiqindən keçən 6 ildən çox müddətdə ABŞ-da sənaye istehsalı həcmi azalıb, sənayedə çalışan işçi qüvvəsinin payı azalıb və ticarət kəsiri əhəmiyyətli dərəcədə artıb", - deyə İ.Seçin bildirib.

Eyni zamanda, bu gün iqlim dəyişikliyi mövzusu ətrafında süni şəkildə yaradılan qeyri-sağlam ajiotaj açıq sui-istifadə hallarına səbəb olur və enerji keçidi özü virtual iqtisadiyyatın deyil, real iqtisadiyyatın yenidən qurulmasını tələb edəcəkdir.

"Məqsədlərə 2050-ci ilədək nail olmaq üçün aşağı karbonlu elektrik istehsal güclərinin 10 dəfə artırılaraq 35 TW-a çatdırılması lazımdır. Bu isə dünya enerji sisteminin ümumi quraşdırılmış gücünü 4 dəfədən çox üstələyir. Bu nə dərəcədə realdır?", - deyə İqor Seçin sual edib və diqqəti bu məqsədlərə çatmaq üçün Paris Sazişinin 2050-ci ilədək 70 trilyon dollardan çox investisiya tələb etdiyinə yönəldib.

Korporasiya rəhbəri əlavə edib ki, "yaşıl" iqtisadiyyat şirkətləri qarşıya qoyulan məqsədlərə vaxtında çatmaqda çətinlik çəkirlər, bu səbəbdən investorlar onlarla əməkdaşlıq etmək istəmirlər. "Chevron", "bp" və "Shell" kimi neft nəhəngləri "yaşıl gündəm"ə yanaşmalarını yenidən nəzərdən keçirərək alternativ yanacaq istehsalı layihələrini dayandırırlar. Məsələn, Danimarkanın ən böyük enerji şirkəti "Orsted" metanol zavodunun tikintisini aşağı tələbat səbəbindən ləğv edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri