“İqtidar elitası özünü qorumaq üçün Maduronu qurban verdi”
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“ABŞ-nin Maduronu ələ keçirməsi neft ehtiyatlarına bağlı olan məsələdir. Yəni ABŞ uzun müddətdir ki, Venesuelanın zəngin neft ehtiyatlarını ələ keçirməyə və burada özünün maraqlarını təmin etməyə çalışırdı. 1999-cu ildə sosialist Uqo Çaves hakimiyyətə gəldikdən sonra faktiki olaraq Venesuela ABŞ-nin öz ölkəsinə daxil olmasına və neft mənbələrindən faydalanmasına qadağa qoyub. Yəni Çavesin vaxtından bu, qüvvədədir. Faktiki olaraq 27 ilə yaxın bir dövrdür ki, ABŞ Venesuelada iqtisadi maraqlarını təmin edə bilmir. 2000-ci ildə Corc Buş prezident seçildikdən sonra çox çalışdı ki, Venesuelada ABŞ-nin maraqlarını təmin etsin. Ancaq buna nail ola bilmədi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib.
Siyasi şərhçi qeyd edib ki, burada əsas məsələ ABŞ-nin öz maraqlarını hansı üsulla təmin etməsidir: “ABŞ xüsusi təyinatlıları Venesuelanın paytaxtı Karakasda əməliyyat keçirərək Maduronu hakimiyyətdən devirdilər. Burada sual olunur ki, bu əməliyyatın belə tez keçirilməsində və bu dərəcədə effektiv olmasında əsas məsələ nədir? Maduronun hakimiyyəti demək olar ki, legitimliyini itirmişdi. Faktiki olaraq Maduro artıq bitmiş bir fiqur idi. Buna görə də ABŞ bu əməliyyatı çox rahat bir şəkildə həyata keçirə bildi”.
Z.Əmrəliyev qeyd edib ki, ikinci məsələ isə iqtidar elitasının ABŞ ilə bu məsələdə razılaşmış olmasıdır: “Biz elitanın, yəni Maduronun hakim komandasının öz fəaliyyətini davam etdirməsinin şahidi oluruq. ABŞ demək olar ki, yeganə olaraq Maduronu və onun həyatı yoldaşını ölkədən çıxardı, geri qalan heç kəsə toxunmadı. Bu fakt onu göstərir ki, elita özünü qorumaq üçün Maduronu qurban verib və ABŞ ilə razılaşdırılmış şəkildə öz hakimiyyətlərini saxlayacaqlar”.
O həmçinin deyib ki, Venesueladakı vəziyyətin olduğu, hakim komanda və onun lideri arasında uçurumun olduğu, prezidentin öz legitimliyini itirdiyi ölkələrdə və ABŞ-nin təsirinin güclü olduğu ölkələrdə eyni hadisə baş verə bilər: “Məsələn, tez-tez misal çəkirlər ki, İranda və Şimali Koreyada bu hadisə baş verə bilərmi? Mən bunu güman etmirəm. Çünki ABŞ-nin İranda və Şimali Koreyada təsiri bu qədər güclü deyil. Maksimum şəkildə ABŞ təzyiq göstərməyə başlayacaq. Bundan sonrakı hədəfləri çox böyük ehtimalla Meksika və Kolumbiya kimi ölkələr olacaq ki, ABŞ burada çalışacaq bu hakimiyyətləri silkələsin. Bundan sonra ABŞ növbəti mərhələdə Latın Amerikası ölkələrində daxildə 5-ci kolonları, özünün yetişdirdiyi qüvvələr vasitəsilə hakimiyyətləri devirmək üçün səylər göstərə bilər”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 05 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















