Icma.az
close
up
RU
İqtisadçı alimlər Xızı Abşeron KES də

İqtisadçı alimlər Xızı Abşeron KES də

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  icraçı direktoru Vüsal Qasımlı və qurumun əməkdaşlarının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin   dəvəti və təşkilatçılığı ilə növbəti səfəri Xızı-Abşeron Külək Elektrik Stansiyasına olub. 

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədinin icrasının (“Yaşıl enerji məkanı”) monitorinqi çərçivəsində reallaşan səfərdə stansiyanın fəaliyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, “ACWA Power” şirkəti tərəfindən həyata keçirilən layihənin təməlqoyma mərasiminin Prezident İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdül Əziz bin Salman Əl-Səudinin iştirakı ilə 2022-ci ildə keçirildiyi bildirilib.

 “ACWA Power” şirkətinin ölkəmizdəki layihə direktoru İbrahim Adar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin iştirak etdiyi görüşdə görülən işlər barədə məlumat verib. İbrahim Adar tikintisi davam edən layihənin Xızı rayonunun Sitalçay və Abşeron rayonunun Pirəkəşkül ərazilərini əhatə etdiyini bildirib.   

Xatırladaq ki, ilkin hesablamalara əsasən, 240 MVt gücündə stansiya ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək, bu isə 220 milyon kubmetr təbii qazın qənaətinə, 400 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və 300 min evin elektrik enerjisi ilə təminatına imkan verəcək. Layihənin ümumi dəyəri, təxminən, 300 milyon ABŞ dollarıdır və tam şəkildə xarici investisiya hesabına maliyyələşdirilir. 

Görüşün ardınca İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və  Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları külək elektrik enerjisi turbinləri quraşdırılan və tikintisi davam edən stansiyanın ərazilərində olublar. “ACWA Power” şirkətinin ölkəmizdəki layihə direktoru İbrahim Adar   icraçı direktor  Vüsal Qasımlıya xatirə hədiyyəsi təqdim edib.  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin bu səfəri ölkəmizin “yaşıl enerji məkanı” məqsədinə nail olması istiqamətində həyata keçirilən layihələrin icra vəziyyətinin yerində öyrənilməsi və monitorinqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri