Icma.az
close
up
RU
İqtisadçı: İşsizlərin böyük hissəsi rəsmi statistikada görünmür

İqtisadçı: İşsizlərin böyük hissəsi rəsmi statistikada görünmür

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2 milyon paytaxt sakini

 Bu ilin oktyabrın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayına görə Bakı ilk sıradadır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Belə ki, paytaxtda ümumilikdə 39 236 nəfər işsiz kimi qeydiyyata alınıb. İşsizlərin sayına görə Bakıdan sonra ikinci yerdə Qarabağ iqtisadi rayonu gəlir. Burada isə 24 510 nəfər işsiz kimi qeydiyyatdadır. Ən çox işsiz Ağdam (6 936 nəfər), Bərdə (6754) nəfər və Füzuli (3 422 nəfər) rayonlarında qeydə alınıb. Növbəti yerdə Mərkəzi Aran iqtisadi rayonu (21 155), daha sonra Qazax-Tovuz iqtisadi rayonu qərarlaşır (19 678). Qazax-Tovuz iqtisadi rayonu üzrə ən çox işsiz şəxs Şəmkir (6 632 nəfər), Tovuz (4 271 nəfər) rayonlarında müşahidə edilib. Ən az işsizlik səviyyəsi isə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Burada qeydiyyatda olan işsizlərin ümumi sayı cəmi 7 520 nəfər təşkil edir ki, bu da ölkədəki ən aşağı göstəricidir. Qeyd edək ki, oktyabrın 1-nə ölkə üzrə qeydiyyatda olan işsizlərin sayı toplam 231 188 nəfər təşkil edib.

Təqdim olunan statistika reallığı nə dərəcədə əks etdirir? Günəmuzd işləyən, rəsmi qeydiyyata alınmayanlar statistikada, rəqəmlərdə özünü göstərmir. Əhalinin işsiz qismi işsiz olaraq rəsmi qeydiyyata da düşmür. Bu baxımdan təqdim olunan rəqəmlərin reallığı əks etdirdiyini söyləmək də çətindir.   

İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında qeyd etdi ki, əhali daha çox Bakıda məskunlaşdığına görə, işsizlik göstəricisi ilə bağlı rəqəmlərdə Bakı ilk sıradadır:

- Rəsmi məlumatlara görə, ölkə əhalisinin 20 faizi hazırda Bakıdadır. Qeyri-rəsmi olaraqsa hamımıza məlumdur ki, ölkə əhalisinin böyük qismi paytaxtda cəmləşib. Bakıda 2 milyondan çox əhali yaşayır. Bunun neçə faizi işləyən, neçə faizi işsizdir, statistika təqdim edir. Bu, rəsmi statistikadır və ona etibar etməməyə bizim heç bir əsasımız yoxdur. İşsiz kimi qeydə alınmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində rəsmi qeydiyyata düşmək lazımdır. Kimsə evdə oturub, ah-vay edirsə ki işsizəm, iş axtarıram, bununla o, işsiz kimi qeydə alınmayacaq. Gərək rəsmi şəkildə Məşğulluq Agentliyində qeydiyyata alınsın. İşsiz vətəndaşlar, təəssüf ki, Məşğulluq Agentliyinə getmirlər, qeydiyyata düşmürlər, onlara təklif olunacaq işlər barədə məlumat almırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri