Icma.az
close
up
RU
İqtisadçı: Ölkəmizdə üzən məzənnəyə keçid ola bilər, amma...

İqtisadçı: Ölkəmizdə üzən məzənnəyə keçid ola bilər, amma...

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Üzən məzənnə bazarın tələb və təklifi ilə müəyyən edilir. Bizdə bazarın təklifi olsa da, bu bir sıra fəsadlara yol aça bilərdi. Daxili istehsalat ürəkaçan deyil, biz çox hallarda idxaldan aslıyıq. Demək keçid olsa idi, bunu qarşılamaq çətin olacaqdı”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında iqtisadçı Rauf Qarayev üzən məzənnəyə keçidlə bağlı səslənən iddialara münasibət bildirərkən söylədi.

İqtisdaçı qeyd etdi ki, üzən məzənnə Mərkəzi Bankın yükünü də azaldıb, infilyasını qarşısını ala bilərdi: 

- Çünki üzən faiz dərəcəsi az ehtiyat tələb edir. Mərkəzi bank məzənnəni sabit saxlamaq üçün neft və qaz gəlirləri hesabına əlavə xərclər edir, bu isə büdcədən əlavə pul xərcləməsinə gətirib çıxarır. Məsələ burasındadır ki, burda bizim manat dollara nisbətdə Türkiyənin aqibəti ilə üzləşə bilərdi. Misal, 5 manat 1 dollar civarında olacaq idi. Bu isə xarici investorlar və ölkə sahibkarları üçün risk deməkdir. Sabit məzənnədən fərqli olaraq, üzən məzənnə özəl bazar tərəfindən tələb və təklif vasitəsilə müəyyən edilir. Üzən məzənnə çox vaxt "özünü düzəldən" adlanır, çünki təklif və tələbdəki hər hansı fərq bazarda avtomatik olaraq düzəldiləcək. Əgər valyutaya tələbat azdırsa, onun dəyəri azalacaq və beləliklə, idxal olunan mallar daha bahalı olacaq və yerli mal və xidmətlərə tələbat artacaq. Bu da öz növbəsində daha çox iş yeri yaradacaq və bazarda avtomatik korreksiyaya səbəb olacaq. Üzən məzənnə daim dəyişir. Əslində, heç bir valyuta tamamilə sabit və ya üzən deyil. Sabit rejimdə bazar təzyiqləri məzənnədəki dəyişikliklərə də təsir göstərə bilər. Bəzən yerli valyuta özünün sabit valyutasına qarşı həqiqi dəyərini əks etdirdikdə, yeraltı bazar (daha çox faktiki tələb və təklifi əks etdirən) inkişaf edə bilər. Mərkəzi bank tez-tez rəsmi məzənnəni qeyri-rəsmi məzənnə ilə uyğunlaşdırmaq üçün yenidən qiymətləndirməyə və ya devalvasiya etməyə məcbur olur və bununla da qanunsuz bazarın fəaliyyətini dayandırır. Üzən rejimdə Mərkəzi bank sabitliyi təmin etmək və inflyasiyanın qarşısını almaq üçün zəruri hallarda da müdaxilə edə bilər, lakin, üzən məzənnəyə Mərkəzi bankın müdaxilə etməsi nadir hallarda olur.

İqtisadçı bildirdi ki, sabit valyuta məzənnələri sabit pul siyasəti olmayan inkişaf etməkdə olan iqtisadiyyatlar üçün yaxşı işləyir. Sabit valyuta məzənnələri ölkə iqtisadiyyatına sabitlik gətirməyə və xarici investisiyaların cəlb olunmasına kömək edir. Üzən valyuta məzənnələri artıq sabit və effektiv pul siyasəti olan ölkələr üçün daha yaxşı işləyir: 

- Düşünürəm ki, ölkəmizdə üzən məzənnəyə keçid ola bilər. Amma bunun üçün əvvəlcə yerli istehsal artmalıdır. Bizdə yerli istehsal çox azdır hazırda. İnflyasiyanın qarşısını almaq isə getdikcə çətinləşir. Əgər Türkiyə kimi yerli istehsalı güclü olan ölkə üçün üzən məzənnə rejiminə keçid problemlər yaratdısa, bizim üçün də çətin proses olacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 May 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri